Qaynar xətt:

(+99450) 247 90 86

"Borussiya Dortmund" Nuri Şahinlə bağlı qərar verdi

"Borussiya Dortmund" Nuri Şahinlə bağlı     qərar     verdi

İDMAN

540

16.01.2025, 16:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Almaniyanın “Borussiya” (Dortmund) klubu baş məşqçisi Nuri Şahinlə bağlı qərarını verib.

Oxu24.com  xarici mətbuata istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi uğursuz nəticələrə baxmayaraq, türkiyəli mütəxəssislə yoluna davam edəcək.

Məlumata görə, “Borussiya” yanvarın 17-də ölkə çempionatının XVIII turunda “Ayntraxt”la görüşdə məğlub olsa belə, N. Şahin postunda qalacaq.

Klub rəhbərliyi 37 yaşlı çalışdırıcının komandanı toparlayacağına inanır.

Qeyd edək ki, “Borussiya” Bundesliqada 25 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.