Qərar bu gündən qüvvəyə mindi,ləğv oluna, dəyişdirilə bilməz
02 Noyabr 2026, 19:27
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
651
27.08.2026, 17:45
Bəzi hallarda əmək münasibətləri sahəsində işçilərin hüquqlarının pozulması hallarına tez-tez rast gəlinir. Xüsusilə də bəzi işəgötürənlər müddətsiz əmək müqaviləsi ilə çalışan işçiləri müxtəlif yollarla işdən azad etməyə cəhd göstərirlər. Bu zaman ən çox istifadə olunan üsullardan biri işçiyə öz xahişi ilə ərizə yazdırılaraq müqaviləyə xitam verilməsidir. İşəgötürənlər adətən vədlər verərək vərdiş olunmuş qaydada yeni müqavilə bağlanacağını və fəaliyyətin davam edəcəyini bildirirlər. Lakin sonradan həmin şəxslərlə müddətsiz deyil, cəmi bir neçə aylıq qısamüddətli əmək müqavilələri imzalanır. Müddət başa çatdıqda isə işçilər müqavilə müddətinin bitməsi bəhanəsi ilə asanlıqla işdən çıxarılırlar. Bu cür addımlar vətəndaşların əmək hüquqlarını ciddi şəkildə məhdudlaşdırır və böyük sosial-hüquqi problemlərə yol açır. Ekspertlər vurğulayırlar ki, belə qanunsuzluqlarla qarşılaşan şəxslər hüquqi müstəvidə öz haqqlarını müdafiə etməyi bacarmalıdırlar.
Mövzu ilə bağlı Oxu24.com-a hüquqi qiymətləndirmə verən vəkil Toğrul Abbaslı bildirib ki, işəgötürənlər tərəfindən həyata keçirilən bu sxem tamamilə qanunsuzdur və işçilərin aldadılmasına yönəlib.
Vəkilin sözlərinə görə, müddətsiz əmək müqaviləsi ilə çalışan şəxslərdən anidən öz ərizələrini yazaraq işdən çıxmaq tələb olunduqda, onlara "narahat olmayın, yeni əmək müqaviləsi bağlanacaq" deyilir. Lakin sonradan bağlanan yeni müqavilələr müddətsiz deyil, 1 aylıq, 3 aylıq və ya digər qısamüddətli çərçivədə tərtib olunur. Qısamüddətli müqavilənin vaxtı bitdikdə isə işəgötürən "müqavilə müddəti bitdi" əsası ilə işçini rahatlıqla kənarlaşdırır.
Toğrul Abbaslı vurğulayır ki, məhkəmə təcrübəsində bu kimi hallar işçinin öz azad iradəsi və razılığı kimi deyil, işəgötürənin təzyiqi və məcburetməsi kimi qiymətləndirilir:
“Bu səbəbdən məhkəmələr əksər hallarda pozulmuş hüquqların bərpası və işçinin əvvəlki iş yerinə bərpa olunması haqqında qərarlar çıxarır”.
Bununla yanaşı, vəkil vətəndaşlara çox mühüm bir hüquqi xəbərdarlıq da edib:
“İşə bərpa olunma ilə bağlı iddialarda qanunla belirlənmiş 1 aylıq iddia müddəti mövcuddur. İşdən çıxarılan və ya bu cür hiylə ilə qarşılaşan işçi xitam əmrini aldığı və ya hüququnun pozulduğunu bildiyi gündən etibarən 1 ay ərzində məhkəməyə müraciət etməlidir. Əks halda, iddia müddəti ötdüyü üçün hüquqların bərpası çətinləşə bilər”.
Çimnaz Telmanqızı
06:33 / 03 Noyabr 2026
11
03:05 / 03 Noyabr 2026
85
02:30 / 03 Noyabr 2026
143
01:55 / 03 Noyabr 2026
154
00:25 / 03 Noyabr 2026
169
00:20 / 03 Noyabr 2026
359
00:15 / 03 Noyabr 2026
258
00:15 / 03 Noyabr 2026
167
00:06 / 03 Noyabr 2026
325
23:44 / 02 Noyabr 2026
280
23:39 / 02 Noyabr 2026
141
23:38 / 02 Noyabr 2026
138
23:37 / 02 Noyabr 2026
191
23:32 / 02 Noyabr 2026
135
23:28 / 02 Noyabr 2026
141
23:24 / 02 Noyabr 2026
282
23:19 / 02 Noyabr 2026
167
23:12 / 02 Noyabr 2026
143
23:05 / 02 Noyabr 2026
172
23:05 / 02 Noyabr 2026
150
22:55 / 02 Noyabr 2026
542
22:48 / 02 Noyabr 2026
491
22:44 / 02 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.