Məzuniyyətə çıxanların DİQQƏTİNƏ: Yenilik tətbiq olunacaq
10 Noyabr 2026, 16:35
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
946
11.06.2026, 12:35
Avtomobil qəzası zamanı bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Oxu24.com-un məlumata görə, Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə cinayət işinin ibtidai istintaqını aparan Xəzər Rayon Polis İdarəsinin baş müstəntiqi ifadə verib.
Hadisə baş verəndən bir müddət sonra müstəntiqin hadisə yerinə gəlməsi və hadisə yerinin vəziyyəti ilə bağlı protokollarda aparılan qeydlər zamanı yaranmış anlaşmazlıqlara müstəntiq aydınlıq gətirib.
Təqsirləndirilənin vəkilləri isə öz növbəsində ibtidai istintaq zamanı hadisə yerinin sxeminin tərtibi və bəzi müayinələr zamanı müəyyən anlaşmazlıqların olduğunu deyiblər.
Buna görə də vəkil Hikmət Əliyev ibtidai istintaqın yenidən aparılması ilə bağlı vəsatət təqdim etsə də, məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra protokollara əlavə edilmiş hal şahidlərinin ifadələri ilə bağlı təqsirləndirilənin vəkili Fərid Həsənov vəsatət verərək hadisə baş verən zaman hal şahidlərinin həqiqətən də hadisə yerində olub-olmadıqlarını müəyyənləşdirmək üçün anten dairələrinin müəyyənləşdirilməsini istəyib.
Məhkəmə vəsatəti təmin etməyib.
Məhkəmənin növbəti iclası iyunun 18-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən bir nəfər ölüb, digəri isə ağır xəsarət alıb.
Xatırladaq ki, istintaq zamanı bloqer "Arzum" barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
"Arzum 9999" ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb.(oxuaz)
21:19 / 10 Noyabr 2026
43
21:12 / 10 Noyabr 2026
72
21:10 / 10 Noyabr 2026
168
20:56 / 10 Noyabr 2026
77
20:54 / 10 Noyabr 2026
187
20:46 / 10 Noyabr 2026
95
20:35 / 10 Noyabr 2026
107
20:17 / 10 Noyabr 2026
95
20:10 / 10 Noyabr 2026
1088
19:59 / 10 Noyabr 2026
104
19:58 / 10 Noyabr 2026
99
19:52 / 10 Noyabr 2026
108
19:52 / 10 Noyabr 2026
102
19:43 / 10 Noyabr 2026
108
19:40 / 10 Noyabr 2026
127
19:26 / 10 Noyabr 2026
114
19:20 / 10 Noyabr 2026
673
19:06 / 10 Noyabr 2026
144
18:58 / 10 Noyabr 2026
848
18:56 / 10 Noyabr 2026
121
18:39 / 10 Noyabr 2026
251
18:26 / 10 Noyabr 2026
639
18:25 / 10 Noyabr 2026
169
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.