Məzuniyyətə çıxanların DİQQƏTİNƏ: Yenilik tətbiq olunacaq
10 Noyabr 2026, 16:35
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
573
10.06.2026, 21:51
Bu günki mövzumuz WhatsApp danışıqlarla bağlı vətəndaşlar tərəfindən tez-tez ünvanlanan sualların əsas hissəsi boşanma prosesində bu yazışmaların məhkəmədə sübut kimi qəbul olunub-olunmaması və ümumiyyətlə, valideynlik hüquqlarına təsir edib-etməməsi ilə bağlıdır.
Oxu24.com-a açıqlamasında vəkil Emin Kiçikbəyov bildirib ki, bu məsələyə hüquqi yanaşma konkret və aydındır və hər hansı yanlış təsəvvürlər mövcuddur. Onun sözlərinə görə, məhkəmələrdə sübutların əldə olunma qaydası xüsusi əhəmiyyət daşıyır və qanunsuz şəkildə əldə edilən məlumatların sübut kimi qəbul olunması mümkün deyil.
Vəkil qeyd edib ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, qanunsuz yolla, şəxsin razılığı olmadan, gizli şəkildə əldə edilən məlumatlar sübut kimi istifadə edilə bilməz. Bu baxımdan, WhatsApp yazışmalarının da məhkəmə tərəfindən avtomatik olaraq sübut kimi qəbul edilməsi hüquqi baxımdan mümkün deyil.
Onun sözlərinə görə, məhkəmə prosesində təqdim olunan hər bir sübutun qanuni yolla əldə olunması əsas şərtlərdən biridir. Əgər yazışmalar şəxsin hüquqlarını pozacaq şəkildə, icazəsiz və ya qeyri-qanuni yolla əldə olunubsa, bu halda həmin materialların sübut kimi dəyərləndirilməsi sual altına düşür.
Emin Kiçikbəyov əlavə edib ki, WhatsApp danışıqları təkbaşına nə uşağın kimin himayəsinə verilməsinə, nə də valideynlik hüququndan məhrum edilməyə əsas ola bilməz. Məhkəmə bu cür məsələlərdə yalnız yazışmalara deyil, uşağın mənafeyinə, valideynlərin davranışına, sosial şəraitə və ümumi vəziyyətə kompleks şəkildə baxır.
Vəkil vurğulayıb ki, valideynlik hüququndan məhrumetmə kimi ciddi qərarlar yalnız qanunla müəyyən edilmiş əsaslar olduqda və məhkəmənin hərtərəfli araşdırmasından sonra qəbul edilə bilər. Bu zaman təkcə yazışmalar deyil, bir sıra digər sübutlar da qiymətləndirilir.
Sonda qeyd olunub ki, vətəndaşların bu kimi məsələlərdə hüquqi maariflənməsi vacibdir və yanlış məlumatlara əsaslanaraq narahatlıq keçirmələri düzgün deyil.
Jalə
21:51 / 10 Noyabr 2026
1
21:49 / 10 Noyabr 2026
15
21:44 / 10 Noyabr 2026
29
21:40 / 10 Noyabr 2026
37
21:33 / 10 Noyabr 2026
18536
21:19 / 10 Noyabr 2026
79
21:12 / 10 Noyabr 2026
98
21:10 / 10 Noyabr 2026
257
20:56 / 10 Noyabr 2026
87
20:54 / 10 Noyabr 2026
285
20:46 / 10 Noyabr 2026
101
20:35 / 10 Noyabr 2026
118
20:17 / 10 Noyabr 2026
102
20:10 / 10 Noyabr 2026
1200
19:59 / 10 Noyabr 2026
109
19:58 / 10 Noyabr 2026
105
19:52 / 10 Noyabr 2026
112
19:52 / 10 Noyabr 2026
111
19:43 / 10 Noyabr 2026
117
19:40 / 10 Noyabr 2026
136
19:26 / 10 Noyabr 2026
119
19:20 / 10 Noyabr 2026
689
19:06 / 10 Noyabr 2026
149
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.