Məzuniyyətə çıxanların DİQQƏTİNƏ: Yenilik tətbiq olunacaq
10 Noyabr 2026, 16:35
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
3412
30.05.2026, 18:21
Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim edəcəyimiz mövzu işsizlikdən sığorta ödənişi almış şəxsərlə bağlıdır.
Bu ödənişi almış şəxsə növbəti dəfə yenidən sığorta ödənişi təyin olunması üçün nə qədər sığorta stajı tələb olunur?
Belə ki,“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sığorta ödənişi almış şəxsə bu Qanunun 13.2.1-ci və 13.2.2-ci maddələrinə uyğun olaraq növbəti sığorta hadisəsi üzrə sığorta ödənişi təyin olunması üçün ən azı növbəti 12 ay, bu Qanunun 13.2.3-cü maddəsinə uyğun olaraq isə 24 ay sığorta stajı tələb olunur.
İşaxtaran və işsiz kimi qeydiyyata alınmaq üçün necə və hansı quruma müraciət edilməlidir?
Şəxslər elektron informasiya sistemində elektron ərizəni doldurduqdan sonra işaxtaran və ya işsiz kimi qeydiyyata alınırlar. Şəxs elektron ərizə ilə müraciət etdiyi gün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin şəxsin işsiz kimi qeydiyyata alınmasını istisna edən hal müəyyən etmədikdə işsiz kimi, əks halda işaxtaran ("Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanunun 5.8-ci maddəsində nəzərdə tutulmuş hallar (işaxtaran kimi qeydiyyatdan müvəqqəti çıxarılma halları) istisna olmaqla) kimi qeydiyyata alınması haqqında qərar qəbul edir və bu barədə şəxsin fərdi məşğulluq vərəqində müvafiq qeyd aparır.
İşləyən şəxs "Əmək və məşğulluq" altsistemində işaxtaran kimi qeydiyyatdan keçə bilərmi?
Bəli, işaxtaran kimi qeydiyyatdan keçərək başqa münasib işlər axtara bilər.
İşsizlikdən sığorta üzrə sığorta tarifləri necə müəyyən edilir?
Sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi;
Sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizi.
Hazırladı: Jalə
09:56 / 11 Noyabr 2026
1
09:37 / 11 Noyabr 2026
368
09:35 / 11 Noyabr 2026
54
09:29 / 11 Noyabr 2026
69
09:25 / 11 Noyabr 2026
67
09:24 / 11 Noyabr 2026
65
09:22 / 11 Noyabr 2026
92
09:20 / 11 Noyabr 2026
70
08:58 / 11 Noyabr 2026
117
08:53 / 11 Noyabr 2026
285
01:50 / 11 Noyabr 2026
362
01:00 / 11 Noyabr 2026
198
00:31 / 11 Noyabr 2026
278
23:59 / 10 Noyabr 2026
243
23:57 / 10 Noyabr 2026
293
23:55 / 10 Noyabr 2026
839
23:53 / 10 Noyabr 2026
304
23:47 / 10 Noyabr 2026
1528
23:43 / 10 Noyabr 2026
275
23:39 / 10 Noyabr 2026
226
23:28 / 10 Noyabr 2026
440
23:27 / 10 Noyabr 2026
1168
23:17 / 10 Noyabr 2026
1780
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.