Bağışlama, yoxsa vəsiyyətnamə? - Vacib AÇIQLAMA
16 Noyabr 2026, 23:33
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
778
01.09.2025, 12:40
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri hüquq üzrə fəlsəfə doktoru Anar Bağırovun İstanbul Universiteti Hüquq fakültəsi tərəfindən nəşr olunan “İstanbul Hukuk Mecmuası” elmi jurnalının 2025, №2 sayının, 83-cü cildində “Adli yardım hakkı ile bilgi edinme hakkı arasındaki etkileşim: Hukuk teknolojisinin sağladığı fırsatlar” (“İnteraction between the rights to legal aid and the right to information: Opportunites presented by legal technology”) (https://iupress.istanbul.edu.tr/tr/journal/mecmua/article/adli-yardim-hakki-ile-bilgi-edinme-hakki-arasindaki-etkilesim-hukuk-teknolojisinin-sagladigi-firsatlar) adlı məqaləsi dərc olunub.
Məqalədə (məqalənin PDF formatında tam mətni: https://cdn.istanbul.edu.tr/file/JTA6CLJ8T5/ECFC6F9C4B8948AC8CC6966523BF97C6) hüquqi yardım və informasiya əldə etmək hüquqlarının qarşılıqlı təsirinin təhlili əsasında insan hüquqlarının səmərəli müdafiəsinə yönəlmiş institusional yanaşmalar irəli sürülür. Bu yanaşmalar, xüsusən hüquqi yardımın effektivliyinin artırılması və informasiya əldə etmək hüququnun tam təmin olunması ilə bağlı əsas məsələləri vurğulayır.
Qeyd olunur ki, hüquqi yardım və informasiya əldə etmək hüquqları arasında mövcud olan əlaqə, insan hüquqlarının müdafiəsi üçün mühüm rol oynayır və bu hüquqların təmin olunması mexanizmlərinin təkmilləşdirilməsi hər bir hüquqi sistemin inkişafı üçün vacibdir.
Xatırladaq ki, “İstanbul Hukuk Mecmuası” həm nəzəri, həm də praktiki hüquqi problemlərin elmi baxımdan təhlilini özündə birləşdirir. Jurnalda tədqiqat məqalələri ilə yanaşı, qanunvericiliyə dair təhlillər, məhkəmə qərarlarının hüquqi analizi və digər aktual məsələlər dərc olunur. Jurnal Clarivate Analytics (Web of Science- https://mjl.clarivate.com/search-results) bazasına daxildir.
00:49 / 17 Noyabr 2026
85
00:34 / 17 Noyabr 2026
188
00:17 / 17 Noyabr 2026
94
23:58 / 16 Noyabr 2026
105
23:50 / 16 Noyabr 2026
115
23:37 / 16 Noyabr 2026
116
23:33 / 16 Noyabr 2026
101
23:25 / 16 Noyabr 2026
102
23:07 / 16 Noyabr 2026
104
22:57 / 16 Noyabr 2026
113
22:47 / 16 Noyabr 2026
120
22:30 / 16 Noyabr 2026
114
22:25 / 16 Noyabr 2026
159
22:21 / 16 Noyabr 2026
247
22:10 / 16 Noyabr 2026
145
21:59 / 16 Noyabr 2026
113
21:52 / 16 Noyabr 2026
149
21:46 / 16 Noyabr 2026
115
21:35 / 16 Noyabr 2026
140
21:30 / 16 Noyabr 2026
2211
21:24 / 16 Noyabr 2026
124
21:16 / 16 Noyabr 2026
137
21:01 / 16 Noyabr 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.