Qaynar xətt:

(+99450) 247 90 86

Kamran Əliyev vətəndaş qəbulu keçirəcək 

2025/01/31/1738308877_kamran-eliyev.jpg

HÜQUQ

680

25.08.2025, 11:46

Baş prokuror Kamran Əliyev avqustun 29-da saat 10:00-da Nəsimi rayon prokurorluğunun inzibati binasında Nəsimi rayon sakinlərinin qəbulunu keçirəcək.

Oxu24.com  xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Vətəndaşlar qəbulla bağlı Nəsimi rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.