Müdafiə Nazirliyinin MƏLUMATI
08 Noyabr 2026, 22:16
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
694
16.06.2026, 19:48
Tbilisi yaxınlığındakı Muxrovani hərbi bazasında Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının iştirakı ilə “Qafqaz Qartalı - 2026” birgə taktiki-xüsusi təliminin açılış mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Oxu24.com-a verilən xəbərə görə, tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və hərbi attaşelik aparatının nümayəndələri, eləcə də digər iştirakçı dövlətlərdən yüksək səviyyəli qonaqlar iştirak ediblər.
Plana uyğun olaraq, əvvəlcə Azərbaycan, Türkiyə və Gürcüstanın müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər üç ölkənin Dövlət himnləri səsləndirilərək dövlət bayraqları qaldırılıb.
Açılış mərasimində çıxış edənlər qonaqları salamlayaraq, bu cür təlimlərin birgə fəaliyyətlərin planlaşdırılması və qarşılıqlı təcrübə mübadiləsi baxımından vacib rol oynadığını vurğulayıb, iştirakçılara uğurlar arzulayıblar.
Qeyd olunub ki, regionda təhlükəsizlik və müdafiə sahəsində üç tərəfdaş ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsini hədəfləyən bu təlim, bölmələrin döyüş hazırlığı imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
18:26 / 10 Noyabr 2026
1
18:25 / 10 Noyabr 2026
27
18:19 / 10 Noyabr 2026
47
18:17 / 10 Noyabr 2026
48
18:04 / 10 Noyabr 2026
73
18:02 / 10 Noyabr 2026
491
17:54 / 10 Noyabr 2026
89
17:42 / 10 Noyabr 2026
92
17:35 / 10 Noyabr 2026
86
17:16 / 10 Noyabr 2026
321
17:10 / 10 Noyabr 2026
118
17:06 / 10 Noyabr 2026
192
16:55 / 10 Noyabr 2026
594
16:47 / 10 Noyabr 2026
100
16:41 / 10 Noyabr 2026
98
16:35 / 10 Noyabr 2026
165
16:21 / 10 Noyabr 2026
164
16:12 / 10 Noyabr 2026
284
15:58 / 10 Noyabr 2026
132
15:44 / 10 Noyabr 2026
238
15:34 / 10 Noyabr 2026
383
15:31 / 10 Noyabr 2026
109
15:25 / 10 Noyabr 2026
149
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.