Qaynar xətt:

(+99450) 247 90 86

Qadınlar 6 aylıq hərbi xidmətə çağırılacaq? 

Qadınlar 6 aylıq hərbi xidmətə çağırılacaq? 

HƏRBİ

90

25.02.2026, 23:18

Azərbaycan Hərbi Xidmət Haqqında Əsasnaməyə dəyişikliklər hazırlayır. Sənəddə hərbi ixtisasa malik 19-40 yaş arası qadın Azərbaycan vətəndaşlarının könüllü olaraq hərbi xidmətə yazılmaq və müqavilə əsasında aktiv xidmətdə iştirak etmək imkanı da nəzərdə tutulur. Yeni qanuna görə, qadınlar da hərbi xidmətə gedəcək?

 Oxu24.com xəbər verir ki hərbi ekspert Ədalət Verdiyev Metbuat.az-a açıqlamasında bildirib ki, yeni qəbul ediləcək qanun qadınların müddətli hərbi xidmətə məcburi çağırışını nəzərdə tutmur. Qanuna əsasən, 19–40 yaş aralığında olan Azərbaycan vətəndaşı qadınlar könüllü şəkildə hərbi xidmətə qoşulmaq imkanı əldə edəcəklər:

“Bağlanacaq ilkin müqavilənin müddəti 3 ildən 6 aya endirilib. Bu dəyişiklik əsasən gənc qadınların müxtəlif səbəblərdən, o cümlədən ailə vəziyyətinin dəyişməsi ilə bağlı hərbi xidmətdən daha tez tərxis olunmasına şərait yaratmaq məqsədi daşıyır. Qadınlar Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərində, birlik və birləşmələrində xidmətə qəbul edilə bilərlər. Onlar xüsusilə tibb, hərbi təhsil müəssisələri, rabitə hissə və bölmələrində aktiv fəaliyyət göstərirlər. Hərbi hissələrdə mövcud olan bir sıra ştat vəzifələri var ki, qadınlar həmin vəzifələri də uğurla yerinə yetirə bilirlər”.

Ə.Verdiyev qadınların hərbi xidmətə qəbulu ilə kişilərin qəbulu arasındakı əsas fərqləri də izah edib:

“Kişi vətəndaşlar xidmətə adətən müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi qəbul olunurlar və onların müddətli hərbi xidməti başa vurmaları məcburidir. Qadınlar üçün isə belə bir məhdudiyyət yoxdur. Yəni qadınlar üçün nəzərdə tutulan vakansiyalar elan edildikdə, onlar tələblərə uyğun sənədləri təqdim edərək xidmətə qəbul oluna bilərlər. İlkin müqavilə yalnız 6 aylıq bağlanır, bu müddət başa çatdıqdan sonra isə növbəti müqavilə daha uzun — məsələn, 3 il müddətinə imzalana bilər”.