İsmayıllıda zavodda ÖLÜM
27 Aprel 2026, 21:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
810
25.02.2026, 20:09
Bu gün 34 il əvvəl bir xalqın taleyinə yazılmış, 34 ildir sağalmaz izlər buraxan böyük bir faciəni kədərlə yenidən xatırlayırıq.
Bu dəfə həmin günün təəssüratlarını Oxu24.com saytının oxucuları ilə ehtiyatda olan polkovnik Azay Kərimov bölüşüb.
-Yenə çarəsizcəsinə o günlərə qiyabi olaraq dönmək məcburiyyətindəyik, yenə ağır düşüncələr altında “olmaya bilərdimi?” sualları ilə qarşı-qarşıya qaldığımız günlərdəyik...
-Əvvəlcə, xalqıma, Ali Baş Komandana və Azərbaycan ordusuna dərin təşəkkürümü bildirirəm ki, Ordu- Xalq- Rəhbərlik birlik oldu, bir oldu illərdir başımızı önümüzə əyən o qanlı faciənin damğasından Azərbaycan kişisini qurtardılar. Döyüşlərdə qalib gəldik, müharibəni udduq, Qarabağda bir nəfər erməni qalmayıb. Yenidən xalqımız tikir, qurur, yurdalarına sevinclə dönürlər...
Amma mənim qəlbim hələ də sakitləşməyib, qisasçılıq qəlbimi tərk etməyib. Niyə?Bilmirəm!Bəlkə əvvəldən bu hadisələrin içərisində olduğuma görəmi, zabit oldugum üçünmü, yoxsa, gözümün qarşısında tanıdığım insanların böyük əksəriyyətinin məhv edilməsinin təsirindənmi, yaxud, çarəsiz qız-gəlinə, 4-5 yaşlı qızcığazlara olunan təcavüzün acıverici görüntüsünə şahid olmağımmı ... Xocalı dəhşətini unuda bilmirəm...
-Çox böyük bir faciədir desəm, olayı kiçiltmiş olaram. Xocalı olayı fciədən də, dəhşətdən də ötə bir bir şeydir. Bunu ifadə etməyə söz tapmıram. Azərbaycana 1990-cı ildə gəlmişəm, 2020-ci ilə qədər Azərbaycandan çıxmamışam. Elə təsəvvür edirdim ki, hansı ölkəyə getsəm Azərbaycan kişisi olaraq alnımdakı ləkəni dünya görəcək. İstəmirdim bunu ...
-Niyə belə düşünürsünüz? Axı, biz qalibik...
-Bu yaxınlarda sosial şəbəkələrdə Xocalı qatili Robert Köçəriyanın brifinqini izlədim. Onun necə rahat duruşu, iztehza dolu gözlərini qıyaraq danışması, hiyləgər təbəssümlə baxması yadıma yenə Xocalını saldı. Kürəyimin arasından soyuq , buz kimi tər axdı. Robert Koçaryan, Serj Sarkisyan, Vitali Balasanyan, Zori Balayan, Manvel Qriqoryan, Aşot Minasyan, Yuri Xaçaturov, Seyran Ohanyan, Samvel Karapetyan, Arzumanyan və Qnel Manukyan kimi insanlığın qatilləri öz əcəli ilə ölməlidirlərmi? 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyandan Birinci Qarabağ Savaşı, ən əsası isə Xocalı qətliamında iştirak etmiş yüksək çinli erməni hərbçilərinin cinayət məsuliyyətinə cəlb edilməsini, habelə onların Azərbaycana təhvil verilməsini tələb edib. Dünyanın ədaləti olsaydı, onlar prezidentimizin bu tələbinə dəstək verərdilər.
Həmçinin oxuyun
-Cənab polkovnik, siz necə düşünürsünüz, o faciə olmaya bilərdimi?
-Həmin dövrün hakimiyyətinin siyasətini və addımlarını analiz etdikdə düşünürəm ki, bu elə belə də olmalıydı. Hələ sağ olsun, Azərbaycanın igid oğullarını ki, hadisənin miqyasının böyüməsinə imkan vermədilər. Nə qədər igid Xocalı camaatının sağ-salamat Ağdama çatması üçün canından oldu. Onlar olmasaydı, erməni sübut üçün bir nəfər azərbaycanlını da sağ buraxmaq fikrində deyildi. Qaldı hakimiyyətin səriştəsizliyi, rus imperiyasına əli-qolu bağlı qul kimi itaət etməsi Azərbaycan oğulları bu “qul”un yaratdığı problemləri ortadan qaldıraraq xalqı xilas etdi. Xocalıdan əvvəl 7 erməni kəndinin əhatəsində qalan Malıbəyli və Quşçular kəndində faciələrə diqqət edin. Yerli, əli silah tutan oğullar birləşdi, mənim komandanlığım altında əhali az itki ilə edişinə qədər silahlanmış erməni-rus ordusundan qurtula bildi. Hakimiyyət bu detalı görməzdən gəldi. Sonra Xocavəndin Qaradağlı faciəsi baş verdi. O boyda kənd avtomatla, eyni zamanda, milis və özünümüdafiə batalyonlarının az sayda əsgəri ilə qorunurdu. Tankların ,”BMP”, “BTR” kimi ağır texnikanın qarşısına avtomatla çıxan xalqı o vaxtkı hakimiyyət faciəyə məruz qoydu. Xalq son ana qədər köməksiz qaldığına inanmırdı. Çünki yuxarıdan vədlər gəlirdi:” tanklarla gəlirik, irəliləyirik, çatırıq..”. Əli yalın xalqı beləcə aldatdılar və əsrin faciəsi baş verdi.
-Amma yenə də təsəllimiz var, bu faciə gələcək nəsillərin üzərində qalmadı. Qarabağda faciə yaşayanların hamısı Qalibiyyətimizin, Sevincimizin dadını aldı. Alnımızdakı qara ləkə silindi, şükür Allaha... Qarabağımız azaddır! Xalqımızın qisası alınıb. Təbii ki, dərdimiz əbədi olaraq bizimlədir.
- Elədir, dərdimiz ağır dərddir, amma bu dərdi 2020-ci ilə qədər daha ağır formada xatırlayırdıq, əzilmiş, təhqir olunmuş , alnı ləkəli kimi....Amma indi başımızı qaldırmışıq, alnımız təmizdir, açıqdır. Amma, qətiyyətlə deyirəm, bir xalq olaraq, necə ki, 1918-ci il mart soyqırımını unutmadıq bunu da unutmayacağıq!
-Maraqlı müsahibəyə görə təşəkkür edirik, hörmətli Azay müəllim!
Əntiqə Rəşid
21:27 / 27 Aprel 2026
14
21:15 / 27 Aprel 2026
106
21:02 / 27 Aprel 2026
42
20:45 / 27 Aprel 2026
34
20:30 / 27 Aprel 2026
159
20:22 / 27 Aprel 2026
142
20:08 / 27 Aprel 2026
117
19:56 / 27 Aprel 2026
186
19:46 / 27 Aprel 2026
66
19:35 / 27 Aprel 2026
71
19:26 / 27 Aprel 2026
82
19:15 / 27 Aprel 2026
203
18:54 / 27 Aprel 2026
112
18:37 / 27 Aprel 2026
199
18:20 / 27 Aprel 2026
104
18:15 / 27 Aprel 2026
259
17:55 / 27 Aprel 2026
119
17:40 / 27 Aprel 2026
289
17:15 / 27 Aprel 2026
71
17:13 / 27 Aprel 2026
70
16:50 / 27 Aprel 2026
72
16:36 / 27 Aprel 2026
91
16:32 / 27 Aprel 2026
688
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.