5 il əvvəl çıxdığı işə qayıdır?
13 Noyabr 2026, 18:59
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
975
25.02.2026, 19:24
Aparıcı və prodüser Tarix Əliyev (Tolik) Space TV kanalında aparıcı kimi fəaliyyətini dayandırıb.
Oxu24.com xəbər verir ki, onun təqdim etdiyi proqram gələn həftənin ilk günündən etibarən yeni aparıcının iştirakı ilə yayımlanacaq. Toliki efirdə Könül Muxtarova əvəz edəcək.
Kanal rəhbərliyinin bununla bağlı yaxın günlərdə rəsmi açıqlama verəcəyi gözlənilir.”Tarixin bir günü” verlişinin adı dəyişiləcək.Məlumatda bildirilir ki, Tarix Əliyevin efirdən uzaqlaşdırılmasına səbəb son vaxtlar sosial şəbəkələrdə işlətdiyi qeyri-etik ifadələr və qalmaqallı çıxışları olub.
Xüsusilə müğənni Səidə Sultan ilə yaşadığı açıq qarşıdurma və qarşılıqlı ittihamlar ictimaiyyət arasında geniş rezonans doğurmuşdu. Canlı yayımlarda və sosial platformalarda səsləndirilən fikirlər ciddi müzakirələrə səbəb olmuş, media etikası baxımından birmənalı qarşılanmamışdı.
Qeyd edək ki, məsələ bununla da yekunlaşmayıb. Məlumata görə, Audiovizual Şura tərəfindən aparılan monitorinqlərdən sonra təkcə Tolikin deyil, aparıcı Elgiz Əkbərin də proqramının yayımına xitam verilib. Bu qərarın televiziya məkanında etik norma və yayım prinsiplərinin qorunması məqsədilə qəbul edildiyi bildirilir.Hazırda məsələ ilə bağlı rəsmi qurumların və adıçəkilən şəxslərin mövqeyi məlum deyil.(aztimesaz)
20:20 / 13 Noyabr 2026
34
20:09 / 13 Noyabr 2026
144
20:06 / 13 Noyabr 2026
49
20:05 / 13 Noyabr 2026
55
19:58 / 13 Noyabr 2026
61
19:53 / 13 Noyabr 2026
167
19:41 / 13 Noyabr 2026
89
19:38 / 13 Noyabr 2026
523
19:35 / 13 Noyabr 2026
83
19:30 / 13 Noyabr 2026
274
19:28 / 13 Noyabr 2026
114
19:23 / 13 Noyabr 2026
82
19:05 / 13 Noyabr 2026
83
18:59 / 13 Noyabr 2026
85
18:59 / 13 Noyabr 2026
92
18:50 / 13 Noyabr 2026
93
18:38 / 13 Noyabr 2026
108
18:31 / 13 Noyabr 2026
91
18:26 / 13 Noyabr 2026
96
18:15 / 13 Noyabr 2026
108
18:04 / 13 Noyabr 2026
358
17:59 / 13 Noyabr 2026
117
17:46 / 13 Noyabr 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.