5 il əvvəl çıxdığı işə qayıdır?
13 Noyabr 2026, 18:59
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
916
25.02.2026, 20:40
Azərbaycanda yas mərasimlərində israfçılığın qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Bu istiqamətdə növbəti qəti qərarın tətbiq olunduğu rayonlardan biri də Qax olub. Qərara əsasən, yas mərasimlərində ehsan süfrələrinin məhdudlaşdırılması ilə bağlı yeni qaydalar tətbiq edilir.
Bəs bu təcrübə gələcəkdə ölkə üzrə ümumi qaydaya çevrilə bilərmi?
Oxu24.com bildirir ki, mövzu ilə bağlı konkret.az-a açıqlama verən ilahiyyatçı Fazil Əhməd bildirib ki, rayonlarda yas mərasimlərində israfın qarşısının alınması istiqamətində müəyyən nəticələr əldə olunub, lakin şəhərlərdə eyni yanaşma hələ tam tətbiq edilmir.
İlahiyyatçı Fazil Əhməd: “Dindar valideynlər haqlı şəkildə tələb edəcəklər ki, bu norma bütün sahələrə tətbiq olunsun”
Onun sözlərinə görə, problemin köklü həlli üçün ölkə üzrə vahid və qəti qərarın qəbuluna ehtiyac var:
“Qəti qərar o deməkdir ki, rayon və ya şəhər fərqi olmadan bütün ölkədə eyni qayda tətbiq olunmalıdır. Heç bir mərasim evində yemək verilməməli, yalnız çay, qənd və xurma kimi sadə ehsan təqdim edilməlidir. Bu qərar hamıya şamil olunarsa, məsələ tam həllini tapa bilər”.
İlahiyyatçı qeyd edib ki, belə bir qərarın qəbul edilməsi inzibati mexanizmlər vasitəsilə mümkündür.
“Bu istiqamətdə həm Qafqaz Müsəlmanları İdarəsi, həm də dövlət qurumları, o cümlədən Nazirlər Kabineti tərəfindən addımlar atıla bilər. Vahid qaydaların tətbiqi istər Bakı, istərsə də regionlarda yas mərasimlərinin daha sadə keçirilməsinə səbəb olar”.
Bununla belə, o, yaxın vaxtlarda ölkə üzrə tam qadağa ilə bağlı konkret gözlənti görmədiyini də vurğulayıb.
20:20 / 13 Noyabr 2026
16
20:09 / 13 Noyabr 2026
102
20:06 / 13 Noyabr 2026
40
20:05 / 13 Noyabr 2026
46
19:58 / 13 Noyabr 2026
58
19:53 / 13 Noyabr 2026
152
19:41 / 13 Noyabr 2026
85
19:38 / 13 Noyabr 2026
481
19:35 / 13 Noyabr 2026
71
19:30 / 13 Noyabr 2026
250
19:28 / 13 Noyabr 2026
60
19:23 / 13 Noyabr 2026
79
19:05 / 13 Noyabr 2026
80
18:59 / 13 Noyabr 2026
83
18:59 / 13 Noyabr 2026
90
18:50 / 13 Noyabr 2026
90
18:38 / 13 Noyabr 2026
103
18:31 / 13 Noyabr 2026
89
18:26 / 13 Noyabr 2026
94
18:15 / 13 Noyabr 2026
106
18:04 / 13 Noyabr 2026
351
17:59 / 13 Noyabr 2026
113
17:46 / 13 Noyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.