Ofisdə yorğunluğa qalib gəlməyin 8 yolu
13 Noyabr 2026, 20:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
7015
25.02.2026, 20:32
Xəbər verdiyimiz kimi, fevralın 23-də Dövlət başçısı tərəfindən Əmək Məcəlləsinə edilən dəyişikliklər təsdiqlənib. Yeni dəyişikliklərə əsasən, minimum əmək haqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq.
Qeyd edək ki, son olaraq minimum əməkhaqqı məsələsinə 2025-ci ilin yanvarın 1-də baxılıb. Həmin vaxt minimum əməkhaqqı 400 manat müəyyən edilib.
Artıq həmin dövrdən bir ildən bir qədər çox vaxt keçib. Eyni zamanda, ötən dövr ərzində ölkənin iqtisadi şərtləri və büdcə imkanlarında da müəyyən dəyişikliklər baş verib.
Görəsən, minimum əməkhaqqı məsələsinə yenidən nə vaxt baxıla bilər?
Oxu24.com xəbər verir ki,mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov bildirib ki, bir sıra faktorlar 2026-cı ildə minimum əməkhaqqının artırılması istiqamətində müəyyən çağırışlar formalaşdırıb:
“Bunlardan birincisi, Əmək Məcəlləsinə edilən dəyişiklikdir. Ən azı ildə bir dəfə minimum əməkhaqqı səviyyəsinə baxılmalıdır. Bu o deməkdir ki, cari ildə hökumət həmin istiqamətdə müvafiq təkliflə çıxış etməlidir. İnflyasiyanın 2025-ci ilin əvvəlindən etibarən yüksək templə davam etdiyini də nəzərə almaq lazımdır. Keçən il 5,6 faizlik inflyasiya qeydə alınıb. Ərzaq məhsullarında isə bu göstərici 7 faiz səviyyəsində oldu. Bu tempin 2026-cı ildə də davam edəcəyi gözlənilir. Mərkəzi Bank cari ildə 5,4 faiz səviyyəsində inflyasiya proqnozlaşdırır”.
İqtisadçının fikrincə, məsələ cari ilin dekabr ayında gündəmə gətirilə və 2027-ci ilin yanvarından tətbiq edilə bilər. Rəşad Həsənov bildirib ki, bu hökumətin yanaşmasından asılıdır.
Müsahibimiz hesab edir ki, indiki şərtlər daxilində minimum əməkhaqqı ən azı 600 manat civarında olmalıdır:
“Hökumətin minimum əməkhaqqını orta aylıq əməkhaqqının 60 faizinə çatdırılması istiqamətində hədəfləri var. Bu şərtlər daxilində orta aylıq əməkhaqqı 1100 manat olduğundan, minimum əmək haqqı da 660 manata çatdırılmalıdır.
Başqa bir tərəfdən, ölkədə 10 milyon əhalinin olması fonunda 5 milyon 200 min məşğul şəxs var. Yəni 2 nəfərə bir məşğul şəxs düşür. Bu isə o deməkdir ki, bir nəfərin gəliri ən azından 2 nəfərin minimum xərclərini ödəməlidir. Ehtiyac meyarının 300 manat olduğunu nəzərə alsaq və birin ikiyə nisbəti tətbiq olunarsa, bu halda minimum əmək haqqı indiki şərtlər daxilində 600 manata çatdırılmalıdır”.
20:20 / 13 Noyabr 2026
16
20:09 / 13 Noyabr 2026
102
20:06 / 13 Noyabr 2026
40
20:05 / 13 Noyabr 2026
46
19:58 / 13 Noyabr 2026
58
19:53 / 13 Noyabr 2026
152
19:41 / 13 Noyabr 2026
85
19:38 / 13 Noyabr 2026
481
19:35 / 13 Noyabr 2026
71
19:30 / 13 Noyabr 2026
250
19:28 / 13 Noyabr 2026
60
19:23 / 13 Noyabr 2026
79
19:05 / 13 Noyabr 2026
80
18:59 / 13 Noyabr 2026
83
18:59 / 13 Noyabr 2026
90
18:50 / 13 Noyabr 2026
90
18:38 / 13 Noyabr 2026
103
18:31 / 13 Noyabr 2026
89
18:26 / 13 Noyabr 2026
94
18:15 / 13 Noyabr 2026
106
18:04 / 13 Noyabr 2026
351
17:59 / 13 Noyabr 2026
113
17:46 / 13 Noyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.