Ofisdə yorğunluğa qalib gəlməyin 8 yolu
13 Noyabr 2026, 20:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1400
25.02.2026, 20:39
“Məlumdur ki, 34 il əvvəl Xocalı faciəsinin baş verməsinin əsas səbəbkarları rus imperiyasının nizami ordusu və erməni terror dəstələri idi. Amma bu faciənin yaşanmasına Azərbaycan tərəfdən bir sıra qüvvələr kömək edib”.
Bu fikirləri Oxu24.com-a Eldar Bağırov adına 845 saylı Ağdam ərazi müdafiə batalyonunun şəxsi heyət üzrə rəisi, qərargah rəisinin müavini olmuş Əhməd Xudiyev bildirib.
Ə. Xudiyev qeyd edib ki, hələ faciə başlamaışdan xeyli əvvəl 1992-ci ilin yanvarın sonlarına yaxın Milli Qəhrəman Allahverdi Bağırovun rəhbərlik etdiyi Vətən oğulları dəstəsi hücuma keçmişdi: "Hücuma 150 nəfər döyüşçü ilə keçmişdik. Qanlı savaş idi. Əsgəran qalasına qədər irəliləmişdik. Düşmənin xeyli canlı qüvvəsini, silah sursatını, texnikasını məhv etdik. Çünki əməliyyat uğurla keçirdi. Təsəvvür edin 2 saat müddətində Pircamal kəndindəki bütün yüksəkliklər tərəfimizdən nəzarətə götürüldü. Ermənilərin yaşadığı Kətik kəndi ilə üzbəüz müdafiə mövqeyi quruldu. Fred Asifin, Ala Yaqubun dəstəsi də bizimlə bərabər döyüşürdü. Ala Yaqubun toplarından ilk atəş açıldı və döyüş başladı.
Düzdür, yaralananlarımız , şəhid olanlarımız vardı. 8 döyüşçümüz şəhid olmuşdu, baxmayaraq ki, mən də yaralanmışdım, amma irəliləməkdə israrlıydıq. Ordumuz sözün həqiqi mənasında döyüşürdü.
Belə bir döyüşçülərə Xocalı əməliyyatına girməyə icazə verilmədi. Buna mərkəzdən Ağdama gələn yüksək vəzifəli şəxslər mane oldular. Halbuki, 23, 24, 25 fevralda Xocalı rabitəçilərinin səsi Ağdamda əks -səda verirdi. Onlar kömək istəyirdilər, “yuxarıdan” gələnlər isə ordunu döyüşə girməsinə imkan vermədilər. Xocalıdakı soydaşlarımızın müdafiə edilmədiyini görən rus-erməni birləşmələri 25 fevral gecə saatlarında Xocalıya şiddətli hücumla əsrin fəlakətini yaşatdılar. Xocalının o müsibəti yaşamasına “kürsü davası”nın da böyük köməkliyi oldu” -deyə keçmiş döyüşçü vurğuladı.
Əntiqə Rəşid
20:20 / 13 Noyabr 2026
16
20:09 / 13 Noyabr 2026
102
20:06 / 13 Noyabr 2026
40
20:05 / 13 Noyabr 2026
46
19:58 / 13 Noyabr 2026
58
19:53 / 13 Noyabr 2026
152
19:41 / 13 Noyabr 2026
85
19:38 / 13 Noyabr 2026
481
19:35 / 13 Noyabr 2026
71
19:30 / 13 Noyabr 2026
250
19:28 / 13 Noyabr 2026
60
19:23 / 13 Noyabr 2026
79
19:05 / 13 Noyabr 2026
80
18:59 / 13 Noyabr 2026
83
18:59 / 13 Noyabr 2026
90
18:50 / 13 Noyabr 2026
90
18:38 / 13 Noyabr 2026
103
18:31 / 13 Noyabr 2026
89
18:26 / 13 Noyabr 2026
94
18:15 / 13 Noyabr 2026
106
18:04 / 13 Noyabr 2026
351
17:59 / 13 Noyabr 2026
113
17:46 / 13 Noyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.