Prezident İlham Əliyevlə Məsud Pezeşkian arasında telefon danışığı olub
26 May 2026, 19:25
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
1108
23.09.2025, 15:23
Bu gün şəhid Xansu Qurbanovun doğum günüdür.
Oxu24.com xəbər verir ki, Xansu Qurbanov 2000-ci il sentyabrın 23-də Naxçıvan şəhərində Elsevər Qurbanov və Yəmən Abbasovanın ailəsində anadan olub.
2006-2017-ci illərdə Naxçıvan şəhərində 15 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi.
Xansu Qurbanov 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. 2020-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun əsgəri olan Xansu Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xansu Qurbanov noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. Naxçıvan şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xansu Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xansu Qurbanov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xansu Qurbanov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xansu Qurbanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Xansu Qurbanov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
19:05 / 27 May 2026
1
18:57 / 27 May 2026
35
18:55 / 27 May 2026
30
18:47 / 27 May 2026
46
18:45 / 27 May 2026
43
18:40 / 27 May 2026
46
18:34 / 27 May 2026
48
18:26 / 27 May 2026
62
18:07 / 27 May 2026
58
17:59 / 27 May 2026
515
17:51 / 27 May 2026
86
17:42 / 27 May 2026
83
17:26 / 27 May 2026
88
17:19 / 27 May 2026
89
17:16 / 27 May 2026
108
17:14 / 27 May 2026
74
17:02 / 27 May 2026
104
17:00 / 27 May 2026
308
16:55 / 27 May 2026
79
16:45 / 27 May 2026
982
16:41 / 27 May 2026
74
16:34 / 27 May 2026
91
16:30 / 27 May 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.