Azərbaycan bu ölkələrlə hərbi təlimə başladı
03 Dekabr 2025, 16:59
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
2234
08.07.2025, 11:53
Bu gün aprel döyüşləri zamanı şəhid olmuş əsgər Sarvan Mehralıyevin doğum günüdür.
Oxu24.com xəbər verir ki, yaşasaydı 28 yaşını qeyd edəcəkdi.
Sarvan Mehralıyev 8 iyul 1997-ci ildə Ağdam rayonunun Ballar kəndində anadan olub.
Sarvan Mehralıyev 2014-cü ildə Pirallahı rayonunda yerləşən 186 saylı tam orta məktəbi bitirib. Əsgər Sarvan Mehralıyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.
Aprelin 3-ü isə Sarvan Mehralıyev Ağdam rayonunun Üçoğlan kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açılıb və əsgər Mehralıyev uğrunda şəhid olduğu torpağa tapşırılıb.
Sarvan Mehralıyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "İgidliyə görə " medalı ilə təltif edilib.
Həmçinin oxuyun
Azərbaycan incəsənətinə ağır itki ÜZ VERİB: Məşhur siyasi xadimin qızı dünyasını dəyişdi
Güclü leysan,ardınca qar yağacaq — ƏHALİYƏ XƏBƏRDARLIQ
Bu ölkə də Rusiya əleyhinə ÇIXDI: Regionun taleyi sual altındadır - POLİTOLOQLA MÜSAHİBƏ
Professor Nərgiz Paşayeva üçün özəl gün: Həyatı,ailəsi,yaradıcılığı haqqında MARAQLI FAKTLAR
Qeyd edək ki,Sarvan Mehralıyev döyüşlərə qardaşı ilə birlikdə döyüşüb. Onu düşmən qardaşının gözü önündə snayperlə vurub.Qardaşı Namiq Mehralıyev illər öncə jurnalist Miri Məcidliyə müsahibəsində qardaşının şəhidliyini belə xatırlayır:
Uzanmaq istəyəndə, necə oldusa birdən snayperlə başından vurdular. Güllə elə yerdən dəymişdi ki, "kaska" qoruya bilməmişdi. Alnından vurulmuşdu. Hardasa aramızda 20-30 metr məsafə olardı. Tez özümü atdım onun yanına, qardaşımın başını qucağıma aldım. Özümü itirmədim, cibimdən bint çıxardıb tez onun başını sarıdım. Yaxınlıqdakı gizirlərdə gəldilər və "bulyo"larını cırıb, qardaşımın yarasını sarımağa kömək etdilər. Dedilər ki, Mehrəliyev səbr elə, qardaşın yaşayacaq. Narahat olma. Amma düşmənin snayperləri bizi dayanmadan atəşə tuturdu deyə biz həmin vaxt qardaşımı oradan çıxarda bilmədik. Onlar yaxşı mövqe götürüb, oradan atəş açırdılar. Amma buna baxmayaraq biz onları məhv elədik orada. Biraz gözləməli olduq. Sonra komandir dedi ki, qardaşların biri vurulub, o birini qoruyun, onları sağ-salamat burdan çıxardın. Gizir var idi, o gəldi və qardaşıma dedi ki, "sən mənim balaca qardaşımsan, sağ qalacaqsan, səni ölməyə qoymayacam. İndi özüm burdan çıxardıb, qospitala çatdıracam". Qardaşım həmin vaxt danışa bilmirdi. Gizir qardaşımı oradan çıxardanda arxadan ayağından vuruldu. Ayağından vurulmasına baxmayaraq, yaralı ola-ola qardaşımı yenə də 100 metrə qədər apardı. Amma həmin gizir ayağındakı yarasından o qədər qan itirmişdi ki, artıq taqəti qalmamışdı. Dedi ki, "məni bağışlayın. Daha gedə bilmirəm. Sərvanı buradan tez çıxardın". Ermənilər də həmin vaxt həm minamyotlarla, həm də snayperlərlə güclü atəş açırdı. Yanımdakılar xərək gətirməyə getdilər və məndə qardaşımın yanında qaldım. Ermənilər elə yerdə idi ki, bizim tərəfdən yaxınlaşanlara güclü atəş açırdılar. Bizdə həmin yerləri yeni azad etmişdik deyə, tam möhkəmlənə bilməmişdik. Ona görə də onları tamamilə susdurmaq mümkün olmurdu. Biraz sonra qardaşım çün xərək gətirmək mümkün oldu. Amma artıq gec idi. Qardaşım şəhid olmuşdu. Zabitlərin köməyilə qardaşımı xərəyə qoyub öz tərəfimizə getməyə başladıq. Öz tərəfimizə çatmağa hardasa 100 metr qalmış yaxınlığımıza minamyot düşdü. Yaxşı ki onda heç kim yaralanmadı. Qardaşımı öz səngırimizə gətirdik. Soruşdular ki, nə olub? Zabitlər dedi ki, qardaşların biri vurulub, şəhid oldu. Orada çoxları pis oldu. Dedilər ki, bəs Mehrəliyevi qardaşıyla birlikdə arxaya göndərmək lazımdır. Mən o cür mərd komandir, zabit, gizir və əsgərlərlə birlikdə, döyüşdüyüm üçün həmin an fəxr etdim. Onlar bizdə elə döyüş əhval-ruhiyyəsi yaratmışdı ki, onların arxasından geri qayıtmaq utancverici olardı. Komandirlər və oradakı zabitlər bizə elə qayğı göstərirdi, bizi elə yaxşı təlimatlandırırdı ki, heç bir əsgər qorxmurdu. Orada hamı kişi kimi döyüşdü. Heç kim qanından, canından qorxmadı. Komandir gəlib mənə dedi ki, Sərvanın qanını aldım. Qisası ermənidə qoymadım. Mən qardaşımla çıxandan sonra döyüşçü yoldaşlarım və komandir ermənilərn bütün atəş nöqtələrini darmadağın edib, çoxlu ermənini məhv etmişdilər.
15:39 / 13 Dekabr 2025
3
15:08 / 13 Dekabr 2025
606
14:50 / 13 Dekabr 2025
37
14:38 / 13 Dekabr 2025
53
14:28 / 13 Dekabr 2025
53
14:22 / 13 Dekabr 2025
49
14:12 / 13 Dekabr 2025
162
13:14 / 13 Dekabr 2025
543
13:07 / 13 Dekabr 2025
308
12:58 / 13 Dekabr 2025
164
12:16 / 13 Dekabr 2025
967
12:08 / 13 Dekabr 2025
111
11:44 / 13 Dekabr 2025
76
11:30 / 13 Dekabr 2025
91
11:09 / 13 Dekabr 2025
916
11:07 / 13 Dekabr 2025
404
10:25 / 13 Dekabr 2025
1111
09:15 / 13 Dekabr 2025
875
09:06 / 13 Dekabr 2025
721
08:45 / 13 Dekabr 2025
133
08:37 / 13 Dekabr 2025
159
00:28 / 13 Dekabr 2025
158
00:14 / 13 Dekabr 2025
1118
00:01 / 13 Dekabr 2025
751
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.