Azərbaycan bu ölkələrlə hərbi təlimə başladı
03 Dekabr 2025, 16:59
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
1974
01.07.2025, 11:50
Bu gün NATO tərəfindən təltif olunan qəhrəman şəhidimiz mayor Rəhim Hüseynovun doğum günüdür.
Qürurla yad edirik!
Oxu24.com xəbər verir ki,Azərbaycan Silahlı Qüvvələrinin mayoru olan Rəhim Qədir oğlu Hüseynov 1984-cü il iyulun 1-də Zərdab rayonunda anadan olub.
1998-2001-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi liseydə, 2001-2005-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.
2005–2006-cı illərdə Silahlı Süvvələrin Təlim və Tədris Mərkəzində təhsilini davam etdirib. Rəhim Hüseynov Azərbaycan Silahlı Qüvvələrinin tərkibində NATO-ya bəyan edilən və dəfələrlə götürdüyü öhdəliyi müvəffəqiyyətlə yerinə yetirən Əməliyyat İmkanları Konsepsiyası (OCC Bn) taborunun komandiri idi.
O, 2020-ci ildə NATO-nun Əfqanıstan İslam Respublikasında Qətiyyətli Dəstək- qeyri-döyüş missiyasında Azərbaycan sülhməramlı kontingentinin və eyni zamanda Həmid Karzai Beynəlxalq Hava Limanının (HKIA) Qüvvə Qorunması taborunun komandiri vəzifəsində "NATO Meritorious Service" Medalı (NATO-nun ləyaqətli xidmət medalı) ilə təltif olunan ilk və tək azərbaycanlı zabit olub.
Həmçinin oxuyun
Xidmət müddəti ərzində NATO təlimləri və kursları çərçivəsində dünyanın müxtəlif ölkələrində Azərbaycan Silahlı Qüvvələrini layiqli şəkildə təmsil edən, Azərbaycan bayrağını şərəflə daşıyan mayor Rəhim Hüseynov 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 20 oktyabr tarixində Qubadlı istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Rəhim Hüseynov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları və "Qarabağ" ordeni ilə təltif edilib.
Ruhu şad olsun!
01:21 / 14 Dekabr 2025
952
00:52 / 14 Dekabr 2025
668
00:43 / 14 Dekabr 2025
140
00:04 / 14 Dekabr 2025
629
23:47 / 13 Dekabr 2025
1252
23:44 / 13 Dekabr 2025
85
23:30 / 13 Dekabr 2025
91
22:45 / 13 Dekabr 2025
565
22:30 / 13 Dekabr 2025
145
22:28 / 13 Dekabr 2025
170
22:22 / 13 Dekabr 2025
209
22:11 / 13 Dekabr 2025
305
21:58 / 13 Dekabr 2025
465
21:34 / 13 Dekabr 2025
1273
21:21 / 13 Dekabr 2025
111
21:19 / 13 Dekabr 2025
144
21:15 / 13 Dekabr 2025
109
21:02 / 13 Dekabr 2025
98
20:49 / 13 Dekabr 2025
450
20:44 / 13 Dekabr 2025
122
20:36 / 13 Dekabr 2025
110
20:26 / 13 Dekabr 2025
100
20:01 / 13 Dekabr 2025
324
19:53 / 13 Dekabr 2025
121
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.