“Patriot”un Ukraynaya tədarükü Almaniyanı hədəfə çevirəcək?
29 İyul 2025, 09:18
Qaynar xətt:
(+99450) 247 90 86Şəhid qardaşların tale yolları — Məzarları da yanaşıdır
HƏRBİ
610
01.05.2025, 11:53
Oxu24.com oxucularına şəhidlərimizi tanıtmaq layihəsini davam etdirir.
Bu dəfə bəhs edəcəyimiz şəhidlər iki qardaşdır. Onlar İman və Bəhrəm qardaşlarıdır.
Əslən Lerik rayonundan olan iki qardaş - İmanla Bəhram 2020-ci ilin sentyabr-noyabr aylarında gedən Vətən müharibəsində şəhid olub. Çoxları şəhid qardaşları əkizlər kimi kimi tanısa da, əslində onların aralarında 2 il yaş fərqi var idi.
Eyni gündə şəhid olan 22 yaşlı İman və 20 yaşlı Bəhram Füzuli, Cəbrayıl və Xocavənd istiqamətindəki döyüşlərdə iştirak ediblər.
Hələ Vətən müharibəsi başlayanda bu qardaşlara deyiblər ki, biriniz arxa cəbhədə qalmalısız, biriniz ön cəbhəyə gedə bilərsiz. Hər iki qardaş bu təklifdən imtina edib. Onda bildiriblər ki, hər ikiniz arxa cəbhədə də qala bilərsiz. Bu təklifdən də imtina ediblər.
Şəhid qardaşların atası Elman Məmmədovla müsahibəni təqdim edirik:
- Elman bəy, oğlanlarınız haqda məlumat verməyinizi istərdik.....
- Böyük oğlum İman 1998-ci il sentyabrın 14-ü Lerik rayonun Kəlvəz kəndində anadan olub. 2004-cü ildə Kəlvəz kəndində məktəbə qədəm qoyub, ikinci sinfə isə 2005-ci ildə Lənkəran şəhərinin 5 nömrəli orta məktəbində davam edib. 2007-ci ildə Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsindəki 117 nömrəli orta məktəbdə təhsil almağa başlayıb. 2014-cü ildə Fizika-Riyaziyyat-İnformatika təmayüllü liseydə10-cu sinfdə təhsilə davam edib. 2015-ci ildə isə Rusiyanın Həştərxan vilayətində gəmi kapitanlığı ixtisası üzrə təhsilə başlamışdı. O ixtisas üzrə 1 il oxuduqdan sonra ali təhsil alırdı.
Bəhram 2000-ci ilin 18 aprelində Lerikin Kəlvəz kəndində dünyaya göz açıb. İbtidai sinfi 2005-ci ildə Lənkəran şəhərinin 5 nömrəli orta məktəbində oxuyub. 2006-2007-ci illərdə Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsindəki 117 nömrəli orta məktəbdə təhsilini davam etdirib. Qardaşı kimi o da 2014-2015-ci ildə Fizika-Riyaziyyat-İnformatika təmayüllü liseydə təhsil alıb. 2015-ci ildə 9-cu sinifin şəhadətnaməsini aldıqdan sonra qardaşı ilə birlikdə Həştərxan vilayətində gəmi kapitanlığı ixtisasına daxil olub. Orada hər ikisi 1 il oxudular. Daha sonra birlikdə Samara Universitetinin hüquq fakültəsində ali təhsil almağa başladılar. 2016-cı ildə hüquq fakültəsindən çıxaraq, turizm fakültəsinə keçdilər. 2019-cu ilə kimi turizmdə təhsil aldılar, lakin sonra təhsillərini yarımçıq qoyaraq vətənə xidməti üstün tutdular..
Onlarda vətənpərvərlik hissi uşaqlıqdan güclü idi. Rusiyada, Həştərxanda olduqları dövrdə ermənilər və ruslarla yola getrmirdilər. Onlar hər ikisi idmançı idilər. Cüdo və ağır atletika ilə məşğul olurdular. Bir dəfə erməni müəllimi İmanla görüşmək istəyəndə, oğlum onun əlini itəliyib demişdi ki, “sənin əlin murdardı, vətənimin, millətimin qanına bulaşıb”.
2015-ci ildə Bəhram Həştərxanda keçirilən cüdo yarışında erməni ilə güləşdi. Onu məğlub edib, 1-ci yerə sahib oldu.
2020-ci ilin iyul ayında İman Bəhramla birlikdə, eyni gündə Qusar rayonundakı N saylı hərbi hissəsəyə xidmətə yola düşdülər...
Gedəndə ali təhsil haqda diplomlarını təzə almışdılar, dedilər ki, “Ata, o diplomlar sənə qalacaq”. O sözlərini heç vaxt unuda bilmərəm.
- Yəni İkinci Qarabağ müharibəsi başlayanda onlar artıq hərbi xidmətdə idilər?..
- Bəli. Vətən müharibəsi başlanan dövrdə isə xidmət etdikləri hərbi hissə tərəfindən Füzuli rayonuna göndərildilər. Həmin vaxt Kürdəmir rayonu ərazisində onların yanına çatdım, görüşəndə kövrəldim, bu da onlara çox pis təsir etdi...
Oğlanlarım Füzulinin, Cəbrayılın, Suqovuşanın və Xocavəndin işğaldan olunmasında iştirak ediblər.
- Onlar döyüşə yollananda hansı əhval-ruhiyyədə idilər?
- Hərbi xidmətə getməyə çox tələsirdilər. Anası ilə birlikdə bir neçə dəfə Qusara – onları görməyə getmişik. Müharibəyə can atırdılar.
Gedərkən elə sevinirdilər ki... Bu müharibə onlar üçün “göydəndüşmə” oldu...
Biz onlarla hər gün əlaqə saxlamağa çalışırdıq. Tez-tez telefon danışıqlarımız olurdu. Oktyabrın 13-də Füzuli rayonun Kürdmahmudlu kəndində onlarla görüşdük, 4 saat birlikdə olduq. Bizə arxa cəbhədə olduqlarını deyirdilər. Hətta Bəhram qolundan yaralandığını belə gizlətdi.
Bəhram qolundan yaralanan zaman onu hospitala aparmaq istəyiblər. Maşına mindiriləndə qapını açaraq, qaçıb. “Qardaşımdan ayrılmaram” deyib. Qolunu sarıyıb, qardaşı ilə birlikdə döyüşə yollanıb. Onlara təkidlə deyiblər ki, “ikinizdən biriniz döyüşə getməyin”. Hətta sonra deyiblər ki, “hər ikiniz qalın, getməyin”, buna da razı olmayıblar. Hər ikisi döyüşə getmək istədiklərini deyiblər...
Həmin görüşdə İmana dedim ki, “İman, sənin qolunun gücünü mən bilirəm, düşmən gülləsi isə bilmir”. İki qardaş birlikdə məni qucaqlayıb dedilər ki, “Ata, bizdən bunu xahiş etmə. Biz düşmən qarşısında heç vaxt əyilməyəcəyik”.
Həmçinin oxuyun
- Oğlanlarınızla son dəfə nə zaman əlaqə saxlaya bilmişdiniz?
- Oktyabrın 27-si səhər saat 10-da mən İmanla danışdım. Qardaşı da yanında idi. Son sözləri bu oldu ki, “anadan və özündən muğayat ol!”...
Noyabrın 1-də səhər saatlarında oğlanlarımla birlikdə quluq edən yaralı gizir Əsgər Hüseynovdan mənə zəng gəldi. Dedi ki, “əmi, uşaqların ikisi də şəhid oldu!”.
Elə bil dünya başıma fırlandı...
Xocavəndin Qırmızı Bazar qəsəbəsi istiqamətindəki döyüşdə 14 nəfərlik şəxsi heyətdən 11 nəfər şəhid olmuş, 3 nəfər isə yaralanmışdı... Mənim oğlanlarım da şəhid olanlar arasında idilər.
Elə həmin gün onların nəşini hospitaldan götürdüm. Noyabrın 2-də isə dəfn olundular...
- Qardaşların son döyüşü barədə nə bilirsiniz?
- Yoldaşlarının dediyinə görə, İmanı bir dəfə vurublar, o, buna baxmayaraq yenə ayağa qalxaraq düşmənin üstünə yeriyib. 2-ci dəfə vuranda yenə gedib. 3-cü dəfə yaralananda qardaşı ilə bir zabit onu atəş altından çıxarıblar. Həmin vaxt İmanın ayağının sarımaq istəyəndə zabit də, Bəhram də yaralanıb. Bəhram İmanı tez-tez danışdırırmış ki, huşunu itirməsin. Bəhram anidən qardaşının səsinin zəiflədiyini görəndə özünü saxlaya bilməyib, ayağa qalxıb. Bu zaman düşmən onu snayperlə ürəyindən vurub. İkisi də birlikdə keçiniblər...
Biz ailədə onları heç vaxt bir-birindən ayırmamışıq. Mənə öncə Bəhramıin nəşini göstərəndə İmanı da gətirməklərini istədim. Mən onları heç vaxt tək qucaqlamamışdım. Onların iksini bir yerdə qucaqlayırdım. Geyimləri, gəzməkləri - hamısı birlikdə olurdu. Onların özlərindən başqa dostları yox idi. Onlar həm qardaş, həm də dost idilər. Əkiz kimi böyümüşdülər. Bu dünyadan gedəndə də Tanrı da onları ayırmadı, birlikdə şəhid oldular. Sübut etdilər ki, qardaşı qardaşdan ölüm də ayıra bilməz...
- Anaları onların şəhid xəbərini necə qarşıladı?
- Əvvəlcə şəhid olduqlarını bilmirdi. Ona yaralı olduqlarını demişdim. Sonra öyrəndi ki, hər ikisi şəhid olub... Bir ana üçün eyni vaxtda iki oğul şəhid vermək dəhşətli bir şeydi... Bunu necə ifadə edim, bilmirəm... Onlar analarına həm oğul, həm də qız olublar. Biz hər zaman övladlarımız ilə dost olmuşuq.
- Yəqin ki, onların Qarabağdan qayıdışını başqa cür gözləyirdiniz?
- Müharibədən sağ-salamat qayıdacaqlarını düşünürdüm. Amma müharibə elə bir hadisədir ki, hər şey ola bilər, geri dönməmək kimi... Müharibənin 70-80 faizi ölümdü. Bunu da nəzərə alaraq, hər cür anı gözləyirdim. Bilirdim ki, onlar şəhid də olsalar, düşmənə əyilən övladlar deyil. Onlar 5-6 il Rusiyada oldular. Orada belə kimsəyə əyilmədilər...
- Qarabağa getmək, oğlanlarınızın döyüşdüyü yerlərə baş çəkmək kimi arzunuz varmı?
- Qələbə xəbərini 10 noyabr gecə saat 3-də öyrəndim. Çox sevindim. O an bildim ki, mənim övladlarımın qanı yerdə qalmadı. Mən onların nəşini götürəndə bir əsgər qarşıma keçib demişdi ki, “Ata, olarmı İmana baxmayasan?”, dedim “yox, baxacam”. Məni qucaqlayıb ağlamağa başladı. Dedi ki, “sənin övladın idi, bizim isə qardaşımız”.
Mən onun alnından öpüb, dedim ki, “iki övlad itirsəm də, milyonlarla övlad qazandım”.
Onlar hər zaman dünyada tanınmaq istədiklərini deyirdilər. Şəhidlik onları bütün Azərbaycanda tanıtdı. Elə ali məqam qazandılar ki, bunu mən heç vaxt onlara verə bilməzdim..
Onların azad etdiyi torpaqları qarış-qarış gəzmək ən böyük arzumdur...
- Şəhid olduqdan sonra yuxunuza gəliblərmi?
- Bircə dəfə özümü narahat hiss edəndə görmüşəm... Gördüm ki, onlar elə bir işıqlı yerdədilər ki... hər yer çıraq idi. Bir çəmənliyi, bir də onları gördüm...
- Onların yolunu gözləyən, sevdikləri var idi?
- Biz heç nə bilmirdik. Şəhid olduqdan sonra bildik ki, hər ikisinin sevdiyi qızlar varmış. Artıq hər şey gec idi. Həmişə onlara “sizi evləndirəcəm” deyəndə cavab verirdilər ki, “hərbi xidmətdən sonra”...
Mənbə: Modern.az
23:54 / 01 Avqust 2025
Türkiyədə təyyarə qəzaya düşdü - yaralılar var - FOTO
43
23:31 / 01 Avqust 2025
Mc Donalds-da çəkilən görüntülər şoka salır - Burqerlər belə hazırlanırmış - VİDEO
43
21:49 / 01 Avqust 2025
Şirvanda ata ilə oğul boğuldu
131
21:16 / 01 Avqust 2025
Köhnə Günəşlidə avtoservis yanıb
53
20:12 / 01 Avqust 2025
AQTA qarpız-yemişlə bağlı yoxlamalara başladı
47
17:22 / 01 Avqust 2025
Minlərlə insanın gələcəyi bürokratik sürət tələbləri naminə risk altına atılır
47
15:15 / 01 Avqust 2025
Yeni təyinatlar BAŞ TUTUB - ADLAR
689
14:55 / 01 Avqust 2025
Yunanıstan Qərbin təzyiqləri fonunda Rusiya ilə qardaşlıq elan edir
85
14:49 / 01 Avqust 2025
Ərdoğan onları əfv etdi
101
14:33 / 01 Avqust 2025
Türkiyəyə istirahətə getmək istəyənlərə VACİB XƏBƏR
100
14:15 / 01 Avqust 2025
Rusiya bu dəfə miqrantların uşaqlarına əl qoydu - ŞOK QƏRAR HAZIRLANIR
504
13:51 / 01 Avqust 2025
Yumurta ucuzlaşdı
93
13:43 / 01 Avqust 2025
Prezident sərəncam imzaladı
679
13:43 / 01 Avqust 2025
Qabil Məmmədov Azərbaycana gətiriləcək
369
13:23 / 01 Avqust 2025
Putin onunla görüşdü
86
13:20 / 01 Avqust 2025
ABŞ Fələstin rəsmilərinə viza sanksiyaları tətbiq edir
89
13:15 / 01 Avqust 2025
Qətər Azərbaycan qazının tədarükü üçün maliyyəni artırır
94
13:13 / 01 Avqust 2025
Amerikalılar Fələstin aşiqlərinin xəyallarını alt-üst edib
95
13:05 / 01 Avqust 2025
Arif Babayevlə vida mərasimi keçirilir - VİDEO
107
12:57 / 01 Avqust 2025
Prezident nekroloq imzaladı
1150
12:29 / 01 Avqust 2025
Təyyarə kişinin başını qopardı (18+)
915
12:23 / 01 Avqust 2025
Meyiti 11 gün sonra körpünün altında tapıldı
98
12:14 / 01 Avqust 2025
Qadının mədəsindən çıxanlar ŞOK ETDİ - video
543
11:56 / 01 Avqust 2025
Sabahdan hava şəraiti kəskin DƏYİŞİR: Bakıda və bölgələrdə hava belə olacaq
1562
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.