Rusiya ağır silahları Ermənistana ötürür - Nə baş verir?
26 İyul 2025, 10:55
Qaynar xətt:
(+99450) 247 90 86Aprel döyüşlərindən 9 il ötür
HƏRBİ
352
02.04.2025, 09:04
Bu gün Azərbaycan Ordusunun Aprel zəfərindən doqquz il ötür.
Oxu24.com xəbər verir ki 2016-cı ilin mart ayının ortalarından başlayaraq ermənilər atəşkəsi ardıcıl pozmağa başlayıblar.
Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb.
Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər olub. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunub.
Azərbaycanın qarşıdurma xəttinə yaxın yaşayış məntəqələrinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik iki uşaq olmaqla, altı mülki şəxs həlak olub, 26 şəxs ağır yaralanıb.
Həmçinin oxuyun
Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, düşmənin 320 hərbçisi məhv edilib, 500-dən artıq hərbçisi isə yaralanıb.
Dördgünlük döyüşlərdən sonra aprelin 5-də hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalanıb.
Döyüşlərin yekunu olaraq Silahlı Qüvvələrimiz tərəfindən 2000 hektardan artıq ərazi erməni işğalından azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçib. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işləri həyata keçirib.
2016-cı il aprelin 19-da Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin üç üzvü “Azərbaycanın Milli Qəhrəmanı”, yeddi üzvü “Azərbaycan Bayrağı” ordeni, bir üzvü 2-ci dərəcəli və dörd üzvü 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 19 üzvü “Vətən uğrunda” medalı, 43 üzvü “İgidliyə görə” medalı, 45 üzvü “Hərbi xidmətlərə görə” medalı, iki üzvü “general-mayor” ali hərbi rütbəsi ilə mükafatlandırılıb.
Oxu24.com
13:37 / 26 İyul 2025
Azərbaycanlı iş adamları Rusiyanı təcili tərk edir – Səbəb
128
13:11 / 26 İyul 2025
Sabahın havası ilə bağlı AÇIQLAMA
251
13:08 / 26 İyul 2025
Bakıda ləğv edilmiş məşhur bankın baş direktoru vəfat etdi - FOTO
24
12:31 / 26 İyul 2025
Rusiyada güclü zəlzələ oldu
61
11:47 / 26 İyul 2025
Prezident həmkarını təbrik etdi
30
11:24 / 26 İyul 2025
Bu kəndlər yanır - Təcili
583
10:55 / 26 İyul 2025
Rusiya ağır silahları Ermənistana ötürür - Nə baş verir?
431
10:19 / 26 İyul 2025
2025-ci ilin ən vacib peşə bacarıqları açıqlandı - İNFOQRAFİKA
47
10:09 / 26 İyul 2025
Rusiyada Azərbaycan çaylarının üstündəki yazılar nədir? - Rəsmi Açıqlama - VİDEO
58
10:08 / 26 İyul 2025
Bakıda həbsxanada kişi uşağı zorladı - Tükürpədici detallar
477
09:59 / 26 İyul 2025
Günəş kremləri D vitamini çatışmazlığına səbəb ola bilər - Bəs nə etməliyik?
49
09:45 / 26 İyul 2025
Tramp “bomj”larla bağlı qanun imzaladı
51
09:35 / 26 İyul 2025
Yanğın Xocavəndə yayıldı yenilənib - VİDEO
50
09:29 / 26 İyul 2025
Bu ölkələr arasında döyüşlər başladı: Şəhərlər bombalanır
507
09:25 / 26 İyul 2025
Azərbaycanın bəzi ərazilərində içməli su olmayacaq
49
09:15 / 26 İyul 2025
AKP-nin deputatı öldürüldü
58
09:02 / 26 İyul 2025
Qazaxda tutulan qadının şok ƏMƏLİ ÜZƏ ÇIXDI
177
09:00 / 26 İyul 2025
Skuterdən istifadə edənlərin nəzərinə: xəbəriniz olmadan kartınızdan pul çıxıla bilər - VİDEO
55
07:46 / 26 İyul 2025
İsgəndər Xəlilov Bakıya gəldi - Ofisdə axtarışlar aparılıbmış
480
07:42 / 26 İyul 2025
Ağır qəza olub: Ölən və yaralı var
267
01:50 / 26 İyul 2025
Qadın küçədə sevgilisini bıçaqladı
82
01:08 / 26 İyul 2025
Azərbaycanın 3 rayonunda güclü yanğın:Xeyli sayda yanğınsöndürən və helikopterlər köməyə getdi
782
01:04 / 26 İyul 2025
Moskvada azərbaycanlı iş adamının ofisinə hücum: Milyarder Bakıya gəldi - yenilənib - FOTO
94
00:01 / 26 İyul 2025
Azərbaycan incəsənətinə ağır itki - FOTO
98
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.