Qaynar xətt:

(+99450) 247 90 86

Maaşlarla bağlı yeni qayda işə düşür – nələr dəyişəcək? 

Maaşlarla bağlı yeni qayda işə düşür – nələr dəyişəcək? 

CƏMİYYƏT

32

19.11.2026, 09:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2027-ci il yanvarın 1-dən Azərbaycanda özəl qeyri-neft-qaz sektorunda çalışanların əməkhaqlarından tutulan gəlir vergisi artırılacaq. Belə ki, hazırda aylıq 2 500 manatadək vergitutulan gəlirə tətbiq olunan 3%-lik vergi dərəcəsi gələn ildən 5%-ə yüksələcək. 2 500–8 000 manat aralığında gəlir əldə edənlər üçün vergi 125 manat və 2 500 manatdan artıq hissənin 10%-i, 8 000 manatdan çox gəlir əldə edənlər üçün isə 675 manat və 8 000 manatdan artıq hissənin 14%-i məbləğində hesablanacaq. 

Əməkhaqqından daha çox vergi tutulacaqsa, işçinin itkisinin kompensasiyası necə həyata keçirilə bilər? Maaş artımları, vergi güzəştləri və ya digər sosial mexanizmlər nəzərdə tutulmalıdırmı?

Oxu24.com  xəbər verir ki, globalinfo.az-a danışan iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru Günay Hüseynova deyib ki, bu, muzdlu çalışan əhalinin sərəncamında qalan gəlirlərinə birbaşa təsir göstərəcək:

“Belə ki, vergi yükünün artması xüsusilə sabit əməkhaqqı ilə çalışan və gəlirlərinin əsas hissəsini gündəlik istehlaka yönəldən vətəndaşlar üçün əlavə maliyyə təzyiqi yarada bilər. Bu baxımdan vergi islahatlarının həyata keçirilməsi zamanı yalnız büdcə gəlirlərinin artırılması deyil, əhalinin real gəlirlərinin qorunması da əsas prioritetlərdən biri olmalıdır. İqtisadi baxımdan əməkhaqqından tutulan vergilərin artırılması işçinin xalis gəlirinin azalması deməkdir.  Məsələn, aylıq əməkhaqqı 2 500 manat olan işçinin gəlir vergisi üzrə aylıq ödənişi 75 manatdan 125 manata yüksəlir. Bu isə aylıq 50 manat, illik isə 600 manat əlavə vergi yükü deməkdir. Əməkhaqqı artımı ilə kompensasiya olunmadığı təqdirdə, bu dəyişiklik əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərə, daxili istehlakın artım tempini zəiflədəcək”.

İqtisadçı bildirib ki, vergi dərəcələrinin artırılması ilə paralel olaraq kompensasiya mexanizmlərinin tətbiqi də nəzərdən keçirilməlidir:

“İlk növbədə, əməkhaqqı artımlarının vergi yükünün yüksəlməsi ilə uzlaşdırılması vacibdir. Xüsusilə aşağı və orta gəlirli əhali qruplarının xalis əməkhaqqının əvvəlki səviyyədə saxlanılması üçün diferensial yanaşma tətbiq oluna bilər. Bunun üçün aşağı gəlirli işçilərə əlavə vergi güzəştlərinin verilməsi, vergidən azad olunan minimum gəlir həddinin müəyyənləşdirilməsi və ya vergi krediti mexanizminin tətbiqini məqsədə uyğun hesab edirəm. Digər mühüm istiqamət işəgötürənlərin əməkhaqqı fondunu artırmağa təşviq edilməsidir. Bunun üçün müəyyən müddət ərzində əməkhaqqı artımı həyata keçirən müəssisələrə sosial sığorta və digər ödənişlər üzrə stimullar təqdim edilə bilər. Eyni zamanda, minimum əməkhaqqının və büdcə təşkilatlarında çalışanların maaşlarının inflyasiya səviyyəsi nəzərə alınmaqla indeksləşdirilməsi vacibdir. Vergi yükünün artmasının qeyri-rəsmi məşğulluğa və əməkhaqqının leqallaşdırılmasına mənfi təsir göstərməməsi üçün nəzarət və stimullaşdırma mexanizmləri paralel şəkildə gücləndirilməlidir. Çünki əməkhaqqı üzrə vergi yükünün artması bəzi işəgötürənləri əməkhaqqının bir hissəsini qeyri-rəsmi ödəməyə sövq edə bilər. Bu isə həm sosial sığorta daxilolmalarına, həm də dövlət büdcəsinin gəlirlərinə mənfi təsir deməkdir”.

Ekspert qeyd edib ki, gəlir vergisi islahatlarının sosial baxımdan balanslaşdırılmış şəkildə həyata keçirilməsi vacibdir:

“Vergi bazasının genişləndirilməsi və büdcə daxilolmalarının artırılması iqtisadi siyasətin legitim məqsədləridir, lakin bu proses əhalinin real gəlirlərinin azalması hesabına baş verməməlidir. Əsas yanaşma vergi yükünün artımını əməkhaqqı artımları, ünvanlı vergi güzəştləri və sosial müdafiə mexanizmləri ilə tarazlaşdırmaq olmalıdır. Belə bir yanaşma həm fiskal dayanıqlılığı qoruyar, həm də vergi islahatlarının əhali tərəfindən qəbul edilməsini asanlaşdırar”.

"Nənəmin təndiri"də yanğın oldu - Video  

00:22 / 19 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

"Nənəmin təndiri"də yanğın oldu - Video  

397

0
"Onu bağışlamaq olarmı?" filmindəki Tərlan əslində KİMDİR?

23:10 / 18 Noyabr 2026

MARAQLI MARAQLI

"Onu bağışlamaq olarmı?" filmindəki Tərlan əslində KİMDİR?

185

0
Misir: Türkiyə ilə ticarət həcmi 2025-ci ildə 6,8 milyard dollara yüksəlib

22:45 / 18 Noyabr 2026

DÜNYA DÜNYA

Misir: Türkiyə ilə ticarət həcmi 2025-ci ildə 6,8 milyard dollara yüksəlib

163

0
Estoniya parlamenti Rusiya ilə sərhədin bağlanması haqqında qanunu birinci oxunuşda təsdiqləyib

22:40 / 18 Noyabr 2026

DÜNYA DÜNYA

Estoniya parlamenti Rusiya ilə sərhədin bağlanması haqqında qanunu birinci oxunuşda təsdiqləyib

158

0
Ukraynanın ombudsmanı Rusiya ilə yeni məhbus mübadiləsinin təfərrüatlarını açıqlayıb

22:25 / 18 Noyabr 2026

DÜNYA DÜNYA

Ukraynanın ombudsmanı Rusiya ilə yeni məhbus mübadiləsinin təfərrüatlarını açıqlayıb

170

0
Aldadılaraq imzalanan sənədlə ələ keçirilən torpaq geri qaytarıla bilərmi? – VƏKİLDƏN AÇIQLAMA  

22:25 / 18 Noyabr 2026

HÜQUQ HÜQUQ

Aldadılaraq imzalanan sənədlə ələ keçirilən torpaq geri qaytarıla bilərmi? – VƏKİLDƏN AÇIQLAMA  

183

0
Türkiyə Milli Futbol Komandası FİFA-nın dünya reytinqində 33-cü yerə düşüb

22:15 / 18 Noyabr 2026

İDMAN İDMAN

Türkiyə Milli Futbol Komandası FİFA-nın dünya reytinqində 33-cü yerə düşüb

185

0
Mövsüm dəyişikliyi ürək çatışmazlığı olan xəstələr üçün hansı təhlükələri yaradır? – KARDİOLOQ DANIŞDI  

22:11 / 18 Noyabr 2026

TİBB TİBB

Mövsüm dəyişikliyi ürək çatışmazlığı olan xəstələr üçün hansı təhlükələri yaradır? – KARDİOLOQ DANIŞDI  

202

0
İlk evlilik təklifini kim edib? Üzüyün sevgi rəmzinə çevrilməsinin maraqlı TARİXİ  

21:55 / 18 Noyabr 2026

MARAQLI MARAQLI

İlk evlilik təklifini kim edib? Üzüyün sevgi rəmzinə çevrilməsinin maraqlı TARİXİ  

188

0
Prezidentin Fərmanı nəyi DƏYİŞİR? - Ekspert mühüm DETALI AÇIQLADI

21:53 / 18 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Prezidentin Fərmanı nəyi DƏYİŞİR? - Ekspert mühüm DETALI AÇIQLADI

425

0
Antoine Lavoisier  haqqında maraqlı FAKTLAR

21:40 / 18 Noyabr 2026

DÜNYA DÜNYA

Antoine Lavoisier  haqqında maraqlı FAKTLAR

197

0
Avropa Birliyi ölkəsi Ukraynaya yardım göstərməkdən imtina edib

21:26 / 18 Noyabr 2026

DÜNYA DÜNYA

Avropa Birliyi ölkəsi Ukraynaya yardım göstərməkdən imtina edib

181

1