Qızıl kəskin ucuzlaşdı
18 Noyabr 2026, 19:15
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
56
19.11.2026, 12:07
Xəzər dənizində suyun mövcud sahil xəttindən geri çəkilməsi bəzi hallarda 800 metrə çatır.
Oxu24.com xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) tabeliyindəki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədr müavini Fərid Cəfərov Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında keçirilən brifində bildirib.
"Bu, kifayət qədər böyük ərazidir, amma mövcud qanunvericiliklə həmin ərazilər onsuz dar dənizin akvatoriyasına aid torpaqlardır və bu gün də o hüquqi statusunu saxlayır", - deyə F.Cəfərov əlavə edib.
Onun sözlərinə görə, Xəzər dənizinin sahil zolağı Nazirlər Kabinetinin 24 avqust 2016-cı il tarixli qərarı ilə müəyyən olunub: "Yəni biz ora sıfır xətti deyirik, yəni dənizin sahillə təmasının sıfır xətti. Ona uyğun olaraq da mühafizə zolaqları 20 və 50 metr sahil xəttindən quruya doğru müəyyən olunub, mövcud qanunvericiliyə əsasən həmin ərazilər müstəsna dövlət mülkiyyətidir. Odur ki, sahil boyu ərazilərin xəritələşdirilməsini aparacağıq".
"Xəzərin sahilboyu ərazilərinin zonalaşdırılmasından sonra sərhədlər rəqəmsal xəritədə əks olunacaq. Əhalinin yaşadığı və gələcəkdə məskunlaşdırılması nəzərdə tutulan ərazilər, həmçinin Bakı bulvarı, Bayraq Meydanı, "Sea Breeze", limanlar və sənaye parkları yeni sahil idarəetmə sisteminin əhatə dairəsinə daxil deyil. Onların idarə edilməsi qanunvericilik çərçivəsində həyata keçirilir. Zonalaşdırma prosesi başa çatdıqdan sonra isə hər bir vətəndaş rəqəmsal xəritədə hansı ərazilərin sahil idarəetmə sisteminə daxil olduğunu görə biləcək", - deyə F.Cəfərov əlavə edib.
12:13 / 19 Noyabr 2026
18
11:57 / 19 Noyabr 2026
52
11:45 / 19 Noyabr 2026
64
11:30 / 19 Noyabr 2026
86
11:15 / 19 Noyabr 2026
66
11:10 / 19 Noyabr 2026
70
11:05 / 19 Noyabr 2026
87
11:00 / 19 Noyabr 2026
98
11:00 / 19 Noyabr 2026
101
10:55 / 19 Noyabr 2026
87
10:47 / 19 Noyabr 2026
89
10:32 / 19 Noyabr 2026
369
10:21 / 19 Noyabr 2026
268
10:19 / 19 Noyabr 2026
341
10:11 / 19 Noyabr 2026
98
10:07 / 19 Noyabr 2026
107
09:58 / 19 Noyabr 2026
747
09:56 / 19 Noyabr 2026
113
09:48 / 19 Noyabr 2026
149
09:45 / 19 Noyabr 2026
109
09:41 / 19 Noyabr 2026
113
09:37 / 19 Noyabr 2026
118
09:30 / 19 Noyabr 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.