Qaynar xətt:

(+99450) 247 90 86

“Smerç” reaktiv yaylım atəşi sistemli texnikalarından döyüş atışları icra edildi - VİDEO

“Smerç” reaktiv yaylım atəşi sistemli texnikalarından döyüş atışları icra edildi - VİDEO

HƏRBİ

327

23.08.2024, 10:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının “Smerç” yaylım atəşli reaktiv sistemli bölmələri ilə döyüş hazırlığı məşğələləri keçirilir.

Müdafiə Nazirliyindən bildirilib ki, həyəcan siqnalı ilə qaldırılan bölmələr atəş mövqelərinin dəyişilməsi və döyüş zamanı şərti düşmən hədəflərinin koordinatlarının müəyyənləşdirilərək məhv edilməsi üzrə təlim tapşırıqlarını yerinə yetiriblər.

Bölmələrin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə keçirilən məşğələlərdə hərbi qulluqçular yüksək peşəkarlıq nümayiş etdiriblər.