Qaynar xətt:

(+99450) 247 90 86

​​​​​​​Ruslara hücum edən döyüşçüləri ABŞ hazırlayıb: 87 ölü... – ŞOK İDDİA

2018-05/1527497050_asa.jpg

DÜNYA

1198

28.05.2018, 12:43

\"\" Suriyada Rusiya hərbi qulluqçularına hücumun arxasında Amerikanın Et-Tanf bazasında hazırlıq keçmiş döyüşçülər dayana bilər.
Oxu24.com “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, belə versiyaya Rusiyanın Müdafiə Nazirliyində baxılır. Bəzi məlumatlara görə, hücumdan 2 gün əvvəl Deyr-ez-Zor əyalətinə Et-Tanf bazasında hazırlıq keçmiş döyüşçülər qrupunu atıblar. Rusiyanın Müdafiə Nazirliyi hazırda sözügedən qrupun hücumda iştirak edib-etmədiyini müəyyənləşdirir. Xatırladaq ki, mayın 23-də döyüşçülər qrupu Suriya ordusunun artilleriya batareyasına hücum edib. Döyüş bir saata yaxın davam edib. Hücum nəticəsində 4 Rusiya hərbi məsləhətçisi həlak olub, 43 döyüşçünün zərərsizləşdirildiyi bildirilir. Qeyd edək ki, Rusiya 2015-ci ilin sentyabrından Suriyada hərbi əməliyyatlar keçirir. “Kommersant” nəşrinin hesablamalarına görə, Suriyada indiyə kimi 87 rusiyalı həlak olub. 2017-ci ilin sonunda isə Müdafiə Nazirliyi 41 hərbçinin həlak olduğunu rəsmən açıqlamışdı.