Bu şəxslərin aylıq vəzifə maaşları müəyyənləşdi - CƏDVƏL
26 Oktyabr 2026, 18:36
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1841
06.10.2026, 13:31
Ermənistanın Müdafiə Nazirliyində və digər güc strukturlarında yeni istefalar gözlənilir.
Oxu24.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri mənbələrə istinadən məlumat yayıb.
Qafqazinfo yazır ki, buna səbəb Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayevin Ermənistan ərazisinə keçməsidir.
Belə ki, Azərbaycan hərbçisinin Sünik vilayətinin Şaki kəndinin ərazisində saxlanılmasından bir neçə gün sonra Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktor müavini general-mayor David Sanamyan vəzifəsindən azad edilib. Onun istefasının rəsmi səbəbi açıqlanmasa da, Ermənistan mətbuatı qərarı məhz sərhəddə baş vermiş hadisə ilə əlaqələndirir.
Nəşr iddia edib ki, istefalar təkcə MTX ilə məhdudlaşmayacaq. Məlumata görə, bu hadisə təkcə Ermənistan MTX-nin deyil, həm də Müdafiə Nazirliyi daxil olmaqla bütün hüquq-mühafizə və güc strukturları ilə bağlı çatışmazlıqları ortaya çıxarıb. Belə ki, dövlət sərhədinin pozulması barədə məlumat alındıqdan sonra bütün müvafiq qurumlar əlaqəli şəkildə hərəkət etməli, ərazini mühasirəyə almalı və müəyyən radiusda axtarış aparılmalı idilər. Lakin iddia olunur ki, qeyd olunanların heç biri həyata keçirilməyib. Mənbələrin məlumatın görə, bu səbəbdən yaxın vaxtlarda Ermənistanın Müdafiə Nazirliyində və yaranmış fövqəladə vəziyyətə lazımi qaydada reaksiya göstərmədikləri iddia olunan digər strukturlarda da istefaların baş verəcəyi gözlənilir.
Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun sentyabrın 26-sı xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılıb.
Həyata keçirilən tədbirlər nəticəsində Nəsimi Musayevin Ermənistan ərazisində olduğu və aidiyyəti orqanlar tərəfindən saxlanıldığı müəyyən edilib. O, həmin ölkədə 2 ay müddətinə həbs olunub.
Qeyd edək ki,Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayevin geri qaytarılıb-qaytarılmayacağı barədə suala konkret cavab verməyib.
Oxu24.com xəbər verir ki, o, jurnalistlərin məsələ ilə bağlı sualını cavab olaraq yaxın günlərdə brifinq keçirəcəyini deyib.
“Cümə axşamı brifinqimiz var”, – baş nazir qeyd edib.
Jurnalistlər qərarın artıq qəbul edilib-edilmədiyini dəqiqləşdirməyə çalışsalar da, Paşinyan cavab vermədən ərazidən uzaqlaşıb.
18:36 / 26 Oktyabr 2026
17
18:20 / 26 Oktyabr 2026
62
18:10 / 26 Oktyabr 2026
57
17:45 / 26 Oktyabr 2026
125
17:01 / 26 Oktyabr 2026
94
17:00 / 26 Oktyabr 2026
259
16:58 / 26 Oktyabr 2026
72
16:46 / 26 Oktyabr 2026
74
16:42 / 26 Oktyabr 2026
69
16:30 / 26 Oktyabr 2026
99
16:17 / 26 Oktyabr 2026
102
16:08 / 26 Oktyabr 2026
224
15:57 / 26 Oktyabr 2026
88
15:50 / 26 Oktyabr 2026
281
15:48 / 26 Oktyabr 2026
141
15:44 / 26 Oktyabr 2026
196
15:41 / 26 Oktyabr 2026
94
15:37 / 26 Oktyabr 2026
75
15:34 / 26 Oktyabr 2026
103
15:28 / 26 Oktyabr 2026
81
15:19 / 26 Oktyabr 2026
209
15:10 / 26 Oktyabr 2026
118
15:07 / 26 Oktyabr 2026
220
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.