Qaynar xətt:

(+99450) 247 90 86

Formula 2 və Formula 3 yarışları 2027-ci ildə İstanbulda keçiriləcək

Formula 2 və Formula 3 yarışları 2027-ci ildə İstanbulda keçiriləcək

DÜNYA

52

06.10.2026, 14:01

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Formula 2 və Formula 3 yarışları Formula 1 Türkiyə Qran Prisi çərçivəsində TOSFED İstanbul Parkında keçiriləcək.

Oxu24.com xəbər verir  ki, Türkiyə Avtomobil İdmanı Federasiyasının (TOSFED) verdiyi açıqlamaya görə, Formula 2 və Formula 3 seriyaları 1-3 oktyabr 2027-ci il tarixlərində keçiriləcək Formula 1 Türkiyə Qran Prisinin proqramına daxil ediləcək.

Bəyanatda TOSFED prezidenti Eren Üçlertopraği, Formula 1-in Türkiyəyə qayıtması zamanı Formula 2 və Formula 3 dəstək seriyasının da İstanbulda keçirilməsini xüsusi olaraq istədiklərini bildirib və əlavə edib: "Beş illik müqavilə müddətimiz ərzində gənc idmançılarımızı Türkiyə Qran Prisi həftəsonu öz trasımızda dolu tribunalar qarşısında yarışacaqlarını görməyə ümid edirik".

Nigar