Dolları manata dəyişənlərin nəzərinə
29 Oktyabr 2026, 01:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
233
06.10.2026, 15:39
“Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” Qanun layihəsi korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verilməsi, həmin məlumatların qəbulu və araşdırılması, habelə məlumat verən şəxslərin hüquqi müdafiəsi və həvəsləndirilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi məqsədilə hazırlanıb”.
Oxu24.com xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən birgə iclasında komitə sədri Arzu Nağıyev bildirib.
“Layihənin əsas məqsədi təşkilatlarda şəffaflığın artırılması, korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi və qarşısının alınması, korrupsiyaya qarşı dözümsüzlük mühitinin formalaşdırılması və belə hüquqpozmaların törədilməsini istisna edən şəraitin yaradılmasıdır. Bu məqsədlə layihədə məlumat verən şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması, onların qanunsuz təsirdən və ədalətsiz rəftardan müdafiəsi əsas prinsiplər kimi müəyyən edilir.
Qanun layihəsində korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumatların verilməsi və qəbulu üzrə subyektlər, məlumat verən şəxsin tanınması, məlumatların qeydiyyata alınması və araşdırılması qaydaları müəyyən edilir. Məlumatların təşkilat daxilində səlahiyyətli struktur bölməyə və ya şəxsə, təşkilat rəhbərinə, yuxarı vəzifəli şəxsə, habelə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanına təqdim edilməsi nəzərdə tutulur.
Layihəyə əsasən, məlumat dərhal qeydiyyata alınmalı və bir qayda olaraq 20 iş günü müddətində araşdırılmalıdır. Əlavə materialların əldə edilməsi zərurəti yarandıqda araşdırma müddətinin 10 iş günü uzadılması mümkündür.
Araşdırmanın nəticəsindən asılı olaraq müvafiq mülki-hüquqi, inzibati və yaintizam tədbirlərinin görülməsi, cinayət əlamətləri olduqda isə materialların aidiyyəti üzrə göndərilməsi nəzərdə tutulur.
Məlumat verən şəxslərin müdafiəsi ilə bağlı layihədə onların məlumatlarının konfidensiallığının qorunması, özlərinin, yaxın qohumlarının və qohumlarının təhlükəsizliyinin təminedilməsi, dövlət hesabına peşəkar hüquqi yardım almaq, məhkəmə xərclərindən azad olunmaq, dəymiş maddi vəmənəvi zərərin kompensasiyasını tələb etmək və konfidensialməsləhət almaq hüquqları müəyyən edilir.
Eyni zamanda, məlumat verən şəxsə, onun yaxın qohumuna və ya qohumuna belə məlumata görə hədə-qorxu, təzyiq, təhdid, təhqir və digər qanunsuz təsirlərin göstərilməsi, habelə məlumat verilməsi ilə əlaqədar iş yerində qisas xarakterli tədbirlərin görülməsi qadağan edilir. Bu çərçivədə intizam tənbehinin tətbiqi, əmək müqaviləsinə xitam verilməsi, vəzifənin və ya iş yerinin dəyişdirilməsi, əmək haqqından qanunsuz tutulmalar və digər mənfi tədbirlərin tətbiqinə yol verilmir”, - deyə komitə sədri bildirib.
01:47 / 29 Oktyabr 2026
145
01:20 / 29 Oktyabr 2026
277
01:13 / 29 Oktyabr 2026
125
00:04 / 29 Oktyabr 2026
291
23:58 / 28 Oktyabr 2026
89
23:54 / 28 Oktyabr 2026
21673
23:53 / 28 Oktyabr 2026
246
23:46 / 28 Oktyabr 2026
105
23:33 / 28 Oktyabr 2026
229
23:20 / 28 Oktyabr 2026
149
23:19 / 28 Oktyabr 2026
528
23:14 / 28 Oktyabr 2026
83
23:10 / 28 Oktyabr 2026
108
22:50 / 28 Oktyabr 2026
1173
22:45 / 28 Oktyabr 2026
94
22:37 / 28 Oktyabr 2026
93
22:33 / 28 Oktyabr 2026
86
22:29 / 28 Oktyabr 2026
423
20:59 / 28 Oktyabr 2026
94
20:36 / 28 Oktyabr 2026
118
20:29 / 28 Oktyabr 2026
101
20:26 / 28 Oktyabr 2026
96
20:25 / 28 Oktyabr 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.