Qaynar xətt:

(+99450) 247 90 86

Əsgərimiz OĞURLANIB? – Nəsimi erməni evində niyə qayğanaq yox, PLOV “bişirib”? 

Əsgərimiz OĞURLANIB? – Nəsimi erməni evində niyə qayğanaq yox, PLOV “bişirib”? 

CƏMİYYƏT

395

06.10.2026, 16:51

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Saxtakarlıqda, miflər yaratmaqda tayı-bərabəri olmayan məlum bədnam toplumun əlinə unikal fürsət düşüb. İndi də əsgər Nəsimi Musayev haqda özlərinə sərfəli qorxunc hekayə uydurublar və az qala, hər gün ona yeni dəhşətli “ştrixlər” əlavə edirlər.

Guya Nəsimi “məsum” erməni qadını və uşaqlarına hücum edib, atəş açıb və onları yaralayıb. Bundan az öncə, erməni ailə evinə dönməmişdən qabaq isə guya o, mətbəxdə hətta plov da bişirib. Niyə tutaq ki, tez başa gələn qayğanaq yox, məhz plov, bu da maraqlıdır. Yəni, bu qədərmi özünə arxayın olub?..

Başqa bir absurd məqam əməliyyat edildiyi iddia olunan erməni qadın Ani Avetisyanın nə xəstəxanadan, nə də hər hansı yerdən fotosunun yayılmamasıdır. Əgər o, yaralıdırsa, niyə üzünü göstərmirlər? Biz hələ onu “əməliyyat edən” həkimin susmasını demirik.

Bu yerdə erməni mediasının yaydığı şəklə diqqət. Guya hakim partiyanın nümayəndələri “yaralı qadını” ziyarət edib. Ziyarətçilər” isə nədənsə məmnun şəkildə gülürlər...

Oxu:   Əmr İMZALANDI: Onların maaşları artırıldı  

Qısacası, məsələ aydındır. Bunlar hamısı yalan və iftira üzərində qurulmuş, yalnız hayların inandığı bir nağıl. Gerçəyi isə biz təəssüf ki, yalnız Nəsimi Musayev Azərbaycana döndükdən sonra, onun öz dilindən eşidəcəyik. Birinci dəfə deyil ki. Demirik, o tam suçsuzdur, ancaq əsl həqiqəti nanəcib ermənidən öyrənmək qədər də avam deyilik.

Bəs hədəf, məqsəd nədir?

Məqsəd yenə Azərbaycan haqda, Türk haqda “qadına, uşağa atəş açan vəhşi” obrazı yaratmaq, özlərini isə dinc-günahsız qonşu kimi qələmə verməkdir. Doğrudur, bu yöndə ən çox Ermənistanın radikal müxalifət və ona bağlı media canfəşanlıq edir. Amma hakimiyyət də ondan çox geri qalmır. Nəsimi Musayevə qarşı birdən-birə 5 ağır maddə üzrə cinayət işi açılması buna bariz sübutdur. Həmin ittihamların məcmusu əsasında ona ömürlük həbs cəzası kəsilə bilər. Artıq belə tələblər səslənir. Hələ üstəlik, ABŞ-nin 35-ci prezidentri Con Kennedinin qətlini də onun üstünə ata bilərlər. Sonra da yəqin ki, Bakı ilə alver həyasızlığı başlayacaq.

Bu mənada düşünürsən ki, bəlkə Nəsimi elə oğurlanıb, yaxud aldadılaraq o tərəfə aparılıb?

Bu versiyanı gücləndın ən tutarlı motiv erməni tərəfinin Bakıda cəza çəkən erməni canilərinin bir neçəsini dəyişmək üçün fürsət əldə eləmək istəyidir. Sirr deyil ki, Baş nazir Nikol Paşinyan hökuməti neçə vaxtdır daxildə bu mövzunun təzyiqi altındadır. Nə qədər qəribə də olsa, gələcək mümkün mübadilə həm daxildə ona təzyiqi azalda, həm də sülh gündəliyinə işləyə bilər.

Söz düşmüşkən, bu gün Paşinyan əsgərimizin taleyi və Azərbaycana mümkün ekstradisiyası ilə bağlı jurnalistin sualını cavablandırmaqdan yayınıb. “Cümə axşamı brifinqimiz olacaq” deməklə kifayətlənib. Görək iki gün sonra nə bəyan edəcək?..

Radikal-revanşsit müxalifət də gözlənildiyi kimi, təfərrüatı bizə hələ ki, bəlli olmayan olaydan öz maraqları naminə maksimum istifadə eləməyə çalışır. Məsələn, parlamentdəki müxalif “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyan jurnalistlərə açıqlamasında görün nə çərənləyib: “Əsas məsələ Şəki kəndinə soxulan (?! – Z.S.) və erməni Ani Avetisyanı yaralayan (?! – Z.S.) Azərbaycan əsgəri Nəsimi Musayevin bütün vasitələrlə Bakıya ekstradisiyasının qarşısını almaqdır. Dövlət açıq şəkildə bildirməlidir ki, azərbaycanlı əsgər öz vətəninə qaytarılmayacaq”.

Niyə Azərbaycana verilməməlidir? Çünki Bakı və İrəvan arasında hər hansı dustaq mübadiləsi, ümumiyyətlə, dialoq radikal müxalifətə sərf eləmir. Əsas səbəbi az yuxarıda yazdıq. Bakıdakı erməni cinayətkarların qeyd-şərtsiz geri tələb edən revanşist ünsürlər Azərbaycanla barışığın əleyhinədir, münasibətlərin normallaşmasının deyil, sərtləşməsinin tərəfdarıdırlar. Ona görə ki, ağalarının sifarişi belədir...

Musavat.com