Prezidentlə xanımı mühüm SƏFƏRƏ GETDİ
19 Noyabr 2026, 17:01
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
601
06.10.2026, 15:20
Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində son günlər intensiv diplomatik proseslər müşahidə olunur. Bu fonda İran İslam Respublikası regionda sülhün qorunması ilə bağlı rəsmi mövqeyini açıq şəkildə bəyan edib. Tehran həmçinin regiondankənar qüvvələrin proseslərə müdaxiləsinin qətiyyən yolverilməz olduğunu vurğulayıb. Xatırladaq ki, İranın xarici işlər naziri Abbas Araqçi bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi rəsmi görüşdə danışıb. Görüş zamanı tərəflər Azərbaycan və Ermənistan arasında qarşılıqlı fəaliyyət və münasibətlərin inkişafını müsbət qiymətləndiriblər. Bununla yanaşı, İran XİN rəhbəri Tehranın çoxtərəfli danışıqların və əməkdaşlığın, o cümlədən “3+3” formatı çərçivəsində davam etdirilməsinə hazır olduğunu bildirib. Yaranmış yeni reallıqlar şəraitində bu formatın regional əməkdaşlığa necə təsir göstərəcəyi ekspertlər tərəfindən diqqətlə izlənilir.
Məhz bu məsələlərin fonunda “3+3” formatının əhəmiyyəti, Azərbaycanın bu prosesdəki rolu və Tehranın mövqeyi geniş müzakirə mövzusuna çevrilib.
Oxu24.com-a açıqlama verən Bakı Politoloqlar Klubunun sədri, siyasi şərhçi Zaur Məmmədov mövzu ilə bağlı geniş və ətraflı fikirlərini bölüşərək bildirib ki, “3+3” formatı məhz Azərbaycan tərəfindən təklif edilib.
Siyasi şərhçi Zaur Məmmədovun açıqlamasının təfərrüatlarından aydın olur ki, müharibədə qalib gələn Azərbaycan region ölkələrinə əlini uzadaraq müdriklik nümayiş etdirib və sübut edib ki, mehriban qonşuluq siyasəti ölkənin xarici siyasətinin əsas fəlsəfəsini təşkil edir.
Şərhçinin sözlərinə görə, əgər kimlərsə bu format haqqında danışırlarsa, mütləq şəkildə Bakının rolunu qiymətləndirməlidirlər, çünki Azərbaycan olmadan “3+3” formatını reallaşdırmaq qeyri-mümkündür:
“3+3” formatı region ölkələrinin iqtisadiyyatının, sosial vəziyyətinin və kommunikasiyalarının inkişafı baxımından olduqca vacibdir.Nəticə etibarilə bu həm də siyasi müstəvidə çağırışların aradan qaldırılması və mehribançılıq siyasətinin təməlinin qoyulması deməkdir”.
Zaur Məmmədov vurğulayıb ki, regionda daima müxtəlif kommunikasiya vasitələri ilə müxtəlif ölkələr tərəfindən qısqanclıqla yanaşılır, lakin əslində bu kommunikasiya vasitələri gələcəkdə hər kəs üçün mükəmməl layihələr ola bilər və yeni reallığı qəbul edərək bu məsələlərə baxmaq lazımdır.
“Görünən odur ki, son hadisələr bu formatların qəbul edilməsini və onların doğrudan da vacib və əlverişli olduğunu başa düşməyə imkan verir”,- deyə şərhçi əlavə edib.
Bütövlükdə, müsahibin qeyd etdiyi kimi, regional təhlükəsizlik və əməkdaşlıq mexanizmlərinin işlək vəziyyətə gətirilməsi üçün ölkələrin qarşılıqlı etimad mühitini gücləndirməsi vacibdir. Azərbaycanın irəli sürdüyü konstruktiv təşəbbüslərin və platformaların effektiv şəkildə fəaliyyət göstərməsi bütün Cənubi Qafqaz regionunun dayanıqlı inkişafına və uzunmüddətli rifahına xidmət edir.
Çimnaz Telmanqızı
19:10 / 19 Noyabr 2026
21
19:05 / 19 Noyabr 2026
36
18:55 / 19 Noyabr 2026
59
18:50 / 19 Noyabr 2026
93
18:07 / 19 Noyabr 2026
164
17:58 / 19 Noyabr 2026
98
17:50 / 19 Noyabr 2026
85
17:47 / 19 Noyabr 2026
326
17:45 / 19 Noyabr 2026
91
17:41 / 19 Noyabr 2026
89
17:34 / 19 Noyabr 2026
91
17:30 / 19 Noyabr 2026
101
17:20 / 19 Noyabr 2026
101
17:15 / 19 Noyabr 2026
99
17:01 / 19 Noyabr 2026
272
16:51 / 19 Noyabr 2026
377
16:50 / 19 Noyabr 2026
135
16:48 / 19 Noyabr 2026
110
16:35 / 19 Noyabr 2026
126
16:29 / 19 Noyabr 2026
119
16:24 / 19 Noyabr 2026
123
16:18 / 19 Noyabr 2026
140
16:15 / 19 Noyabr 2026
458
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.