Hidayət Heydərov DÇ-də uduzdu
06 Oktyabr 2026, 13:58
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
69
06.10.2026, 14:10
Son zamanlarda Azərbaycan Premyer Liqasında klub sayının artırılması müzakirə olunur.
Konkret olaraq əsas liqada mübarizə edən komandalarının sayının 12-dən 14-ə çatdırılması gündəmdədir. Bunun liqamızın, xüsusilə də bölgə futbolunun inkişafına səbəb olacağı proqnozlaşdırılır. Əsasən də futbol azarkeşləri Premyer Liqada region klublarının sayının artma ehtimalını həvəslə qarşılayırlar. Lakin Birinci Liqada bir çox klubun doğma meydançasının belə olmaması kimi problemlər də göz önündədir.
Maraqlıdır, Premyer Liqamızda komanda sayının 14 olma ehtimalları nə dərəcədə doğrudur? Bölgə futbolunu və ümumiyyətlə liqamızı inkişaf etdirmək üçün bu addıma ehtiyac varmı?
Oxu24.com xəbər verir ki,Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev Hit.az-a açıqlamasında bildirib ki, əslində bu iddialar yeni deyil:
“Artıq 2 ildir ki, bu müzakirələr davam edir. Komanda sayının artırılması ətrafındakı müzakirələr əvvəllər də olub. Prinsip etibarilə, klub sayının artırılması müsbət fikir kimi görünə bilər, amma düşünürəm ki, hazırkı mərhələdə buna ehtiyac yoxdur. Çünki biz onsuz da 12 kluba normal şərait qura bilmirik. Yəni “Araz-Naxçıvan”, “Şəfa” və “İmişli” kimi klublar özlərinə doğma meydança tapa bilmirlər. Naxçıvan təmsilçisi ev oyunlarını Naxçıvandan başqa, demək olar ki, Azərbaycanın hər yerində oynayıb.
Yəni belə Naxçıvan təmsilçisi olmaz. Adı bölgə, region futbolunun inkişafıdır, amma həmin o bölgənin inkişafına heç bir aidiyyəti yoxdur. Eyni şey “İmişli”də də var. İmişli komandası Premyer Liqaya çıxana qədər İmişlidə azarkeşlərinin önündə oynayırdı və inkişaf edirdi. Lakin Premyer Liqaya çıxandan sonra İmişlidən başqa hər yerdə oynayıb”.
Onun sözlərinə görə, bu prinsiplə Naxçıvan və İmişli futbolunun inkişafı haqqında danışmaq yersizdir:
“Eyni şey başqa klubların adına da ola bilər. Düşünürəm ki, biz hələ 12 komandalıq sistemi möhkəmləndirməliyik. Ən azı bundan sonrakı bir mövsümdə də bu templə davam etməliyik. Birinci Liqada olan klubların infrastruktur problemləri həll olunmalıdır.
Ən azından öz ev oyunlarını keçirməyə meydançaları, aşağı yaş qrupları üzrə komandalarını inkişaf etdirmək şansı varsa və uşaq futboluna diqqət yetirmək imkanları varsa, onda o klubları Premyer Liqaya hazır saymaq olar. Təbii ki, idman prinsipi ilə yüksələnlər öz yerində. Əgər bir komanda Birinci Liqada çempion olubsa, o, avtomatik olaraq yüksələcək və Premyer Liqada sonuncu yeri tutan komanda liqadan düşəcək”.
Ancaq ekspert hesab edir ki, ümumilikdə əlavə komandaların cəlb edilməsi hazırkı mərhələdə məqbul deyil:
“12 komandalıq sistem ən azı bundan sonrakı bir mövsümdə də davam etməlidir. Birinci Liqada infrastruktur, şərait, uşaq futbolu və akademiya problemləri həll olunacağı halda əlavə iki komandanın Premyer Liqaya gətirilməsi ətrafında düşünmək olar. Hazırkı mərhələdə isə 12 komanda yetərlidir”.
14:34 / 06 Oktyabr 2026
28
14:24 / 06 Oktyabr 2026
49
14:18 / 06 Oktyabr 2026
6161
14:14 / 06 Oktyabr 2026
45
14:05 / 06 Oktyabr 2026
60
14:01 / 06 Oktyabr 2026
59
13:58 / 06 Oktyabr 2026
59
13:55 / 06 Oktyabr 2026
62
13:50 / 06 Oktyabr 2026
158
13:31 / 06 Oktyabr 2026
680
13:15 / 06 Oktyabr 2026
91
13:10 / 06 Oktyabr 2026
70
12:59 / 06 Oktyabr 2026
272
12:49 / 06 Oktyabr 2026
238
12:47 / 06 Oktyabr 2026
159
12:43 / 06 Oktyabr 2026
89
12:32 / 06 Oktyabr 2026
148
12:29 / 06 Oktyabr 2026
111
12:25 / 06 Oktyabr 2026
698
12:22 / 06 Oktyabr 2026
86
12:20 / 06 Oktyabr 2026
101
12:15 / 06 Oktyabr 2026
97
12:11 / 06 Oktyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.