Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
03 Noyabr 2026, 01:55
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
307
11.10.2026, 23:55
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın da analoji addım atacağı təqdirdə ölkəsinin Rusiya enerji obyektlərinə zərbələri dayandırmağa hazır olduğunu bildirib.
"Unian" xəbər verir ki, Zelenski bu barədə videomüraciətində danışıb.
“Bu gün ABŞ Prezidentinin enerji sahəsində atəşkəsə nail olunduğu barədə bəyanatı var. Bu, hamı üçün yaxşı xəbərdir. Vacib olan həmin razılaşmanın reallığa çevrilməsidir”, – Ukrayna Prezidenti qeyd edib.
Onun sözlərinə görə, Kiyev atəşkəsin təmin edilməsinə və müharibənin başa çatdırılmasına yönəlmiş bütün real və etibarlı təşəbbüsləri dəstəkləyir.
“Ukrayna Rusiyanın enerji obyektlərinə zərbələr endirməməyə hazırdır. Biz Rusiyadan da eyni hazırlığı gözləyirik və ABŞ Prezidentinin bu məsələ ilə bağlı əldə etdiyi razılaşmaya ümid edirik. Belə bir razılaşmanı alqışlayırıq”, – Zelenski vurğulayıb.
Ukrayna lideri bildirib ki, Kiyev bundan əvvəl də gərginliyin azaldılması üçün müxtəlif addımlar təklif edib, lakin onun iddiasına görə, Rusiya Prezidenti Vladimir Putin hər dəfə bu təşəbbüsləri rədd edib.
“Putinin bütün təkliflərə bir cavabı olub – ‘yox’. Ümid edirik ki, nəhayət, o, Amerikaya, Ukraynaya və bütün dünyaya başqa bir söz deyəcək. Qətllərdən və aldatmadan fərqli, real və ədalətli sülhə gətirib çıxaracaq bir söz. Ukrayna sülh istəyir. Sual budur: Rusiya bunu istəyirmi?” – Zelenski bildirib.
Prezident həmçinin Ukrayna Silahlı Qüvvələrinə müvafiq göstərişlərin artıq verildiyini açıqlayıb.
O əlavə edib ki, Ukrayna müdafiəsini davam etdirir, beynəlxalq dəstəyin artırılması üçün çalışır və sülhə kömək edə biləcək tərəfdaş təşəbbüslərini alqışlayır.
01:55 / 03 Noyabr 2026
49
00:25 / 03 Noyabr 2026
116
00:20 / 03 Noyabr 2026
207
00:15 / 03 Noyabr 2026
153
00:15 / 03 Noyabr 2026
101
00:06 / 03 Noyabr 2026
193
23:44 / 02 Noyabr 2026
183
23:39 / 02 Noyabr 2026
104
23:38 / 02 Noyabr 2026
90
23:37 / 02 Noyabr 2026
130
23:32 / 02 Noyabr 2026
103
23:28 / 02 Noyabr 2026
104
23:24 / 02 Noyabr 2026
177
23:19 / 02 Noyabr 2026
135
23:12 / 02 Noyabr 2026
110
23:05 / 02 Noyabr 2026
125
23:05 / 02 Noyabr 2026
117
22:55 / 02 Noyabr 2026
392
22:48 / 02 Noyabr 2026
324
22:44 / 02 Noyabr 2026
102
22:27 / 02 Noyabr 2026
132
22:25 / 02 Noyabr 2026
114
22:22 / 02 Noyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.