Güclü zəlzələ oldu
04 Oktyabr 2026, 19:09
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
154
04.09.2026, 17:10
Amerikalı Tim Endryuz doqquz ay ərzində donuz böyrəyi ilə yaşayan ilk insan olub.
Oxu24.com xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, hipertoniya və diabetdən əziyyət çəkən 66 yaşlı Tim Endryuzun nadir qan qrupu ona donor böyrəyi tapmaqda çətinlik yaradıb. Bu səbəbdən 2025-ci ilin yanvarında Endryuz eksperimental əməliyyata razılıq verib və ona genetik modifikasiya edilmiş donuz böyrəyi köçürülüb.
Orqan fasiləsiz işləyərək qanı təmizləyib ki, bu da xəstəyə iştahasını və əzələ kütləsini bərpa etməyə imkan verib. 271 gün sonra yaranmış tromblar səbəbindən orqanı çıxarmaq lazım gəlib və 2026-cı ilin yanvarında Endryuza uyğun donordan insan böyrəyi köçürülüb.
Ümumilikdə isə ABŞ Qida və Dərman İdarəsinin (FDA) proqramı çərçivəsində başqa müalicə imkanı olmayan beş xəstəyə donuz böyrəklərinin köçürüldüyü bildirilir. Onlardan üçü səkkiz aydan çoxdur ki, həmin orqanlarla yaşayır.
Həkimlər hesab edirlər ki, genetik modifikasiya edilmiş heyvan orqanları transplantasiya gözləyən xəstələr üçün müvəqqəti “körpü” kimi istifadə oluna bilər. Bu isə insan donordan orqan almaq üçün illərlə gözləmək məcburiyyətində qalan xəstələr üçün həll yolu ola bilər.
20:53 / 04 Oktyabr 2026
28
20:43 / 04 Oktyabr 2026
33
20:21 / 04 Oktyabr 2026
46
20:06 / 04 Oktyabr 2026
69
19:55 / 04 Oktyabr 2026
60
19:44 / 04 Oktyabr 2026
159
19:23 / 04 Oktyabr 2026
63
19:16 / 04 Oktyabr 2026
104
19:09 / 04 Oktyabr 2026
96
18:44 / 04 Oktyabr 2026
90
18:34 / 04 Oktyabr 2026
70
17:50 / 04 Oktyabr 2026
91
17:45 / 04 Oktyabr 2026
88
17:35 / 04 Oktyabr 2026
91
17:30 / 04 Oktyabr 2026
584
17:23 / 04 Oktyabr 2026
466
17:20 / 04 Oktyabr 2026
62
16:58 / 04 Oktyabr 2026
3027
16:56 / 04 Oktyabr 2026
393
16:55 / 04 Oktyabr 2026
272
16:53 / 04 Oktyabr 2026
459
16:51 / 04 Oktyabr 2026
101
16:49 / 04 Oktyabr 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.