Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
03 Noyabr 2026, 01:55
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
244
08.08.2026, 01:58
Ev təmizliyində ən tez çirklənən və ləkə göstərən səthlərdən biri də güzgülərdir.
Ölkə.az xəbər verir ki, təmizləndikdən qısa müddət sonra yenidən tozla örtülən və ya buxarlanan güzgülər bir çox insan üçün daimi problemə çevrilib. Lakin mütəxəssislər güzgülərin daha uzun müddət təmiz qalmasına kömək edən sadə üsul açıqlayıblar.
Bildirilir ki, suya və ya təmizləyici bezə cəmi bir damcı uşaq şampunu, saç kremi və ya paltar yumşaldıcısı əlavə etmək kifayətdir. Bu vasitələr güzgü səthində yaranan statik elektrik yükünü azaltmağa kömək edir. Nəticədə havadakı toz hissəcikləri səthə daha az yapışır və güzgü daha uzun müddət təmiz qalır.
Bunun üçün bir qədər nəm mikrofiber bezin üzərinə bir damcı uşaq şampunu və ya yumşaldıcı tökülür. Daha sonra güzgü dairəvi hərəkətlərlə silinir və dərhal quru mikrofiber bezlə qurudularaq parıldadılır.
Mütəxəssislərin sözlərinə görə, bu üsul xüsusilə hamam otaqlarında da faydalıdır. Çünki səthdə yaranan nazik qoruyucu təbəqə su buxarının damcı şəklində toplanmasının qarşısını alır və güzgünün tez-tez buxarlanmasına mane olur.
Qeyd olunur ki, vasitədən normadan artıq istifadə etmək məsləhət görülmür. Əks halda güzgü səthində izlər və tutqun görünüş yarana bilər. Buna görə də ən yaxşı nəticə üçün cəmi bir damcı istifadə etmək kifayətdir.
02:30 / 03 Noyabr 2026
18
01:55 / 03 Noyabr 2026
72
00:25 / 03 Noyabr 2026
119
00:20 / 03 Noyabr 2026
215
00:15 / 03 Noyabr 2026
159
00:15 / 03 Noyabr 2026
106
00:06 / 03 Noyabr 2026
203
23:44 / 02 Noyabr 2026
189
23:39 / 02 Noyabr 2026
108
23:38 / 02 Noyabr 2026
93
23:37 / 02 Noyabr 2026
133
23:32 / 02 Noyabr 2026
108
23:28 / 02 Noyabr 2026
107
23:24 / 02 Noyabr 2026
186
23:19 / 02 Noyabr 2026
137
23:12 / 02 Noyabr 2026
111
23:05 / 02 Noyabr 2026
129
23:05 / 02 Noyabr 2026
121
22:55 / 02 Noyabr 2026
406
22:48 / 02 Noyabr 2026
337
22:44 / 02 Noyabr 2026
103
22:27 / 02 Noyabr 2026
137
22:25 / 02 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.