Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
03 Noyabr 2026, 01:55
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
283
06.08.2026, 10:23
Dünyanın ən böyük kətan rəsmi kimi Ginnesin Rekordlar Kitabına düşən "Bəşəriyyətin Səyahəti" ("The Journey of Humanity") adlı sənət əsəri satışından illər sonra ciddi qalmaqalla gündəmə gəlib. 2021-ci ildə keçirilən onlayn hərracda 62 milyon dollara satılan əsərdən əldə edilən gəlirin xeyriyyə məqsədləri üçün istifadə olunacağı açıqlansa da, vəsaitin əhəmiyyətli hissəsinin taleyi hələ də məlum deyil.
Britaniyalı rəssam Saşa Cəfri tərəfindən COVID-19 pandemiyası dövründə yaradılan nəhəng rəsm əsəri yaşayan rəssamların ən yüksək qiymətə satılan işlərindən biri hesab olunur. Hərracdan əldə edilən gəlirin UNICEF, UNESCO, Dubai Cares və Global Gift Foundation kimi təşkilatlara bağışlanacağı bildirilmişdi.
Əsərin hərrac qalibi fransız-əlcəzairli kripto sahibkarı Andre Abdoune olub. O, alışdan sonra Dubayda bu rəsmə həsr olunmuş muzey yaradacağını açıqlasa da, həmin layihə həyata keçirilməyib.
The Times qəzetinin yaydığı məlumata görə, satış prosesi faktiki olaraq heç vaxt tam başa çatmayıb. Rəsm əsəri hazırda da Saşa Cəfrinin təhlükəsiz anbarında saxlanılır və xeyriyyə təşkilatlarının əksəriyyəti vəd edilən ianələri almayıb.
Bundan əlavə, UNICEF hərracdan indiyədək bir dollar belə almadığını açıqlayıb. Məlumata görə, ödənilməmiş vəsaitlər və yerinə yetirilməyən öhdəliklərlə bağlı məhkəmə çəkişmələri davam edir.
Beləliklə, vaxtilə rekord satış qiyməti və xeyriyyəçilik təşəbbüsü ilə dünya gündəminə düşən "Bəşəriyyətin Səyahəti" bu gün daha çox itkin ianələr, ödənilməmiş ödənişlər və hüquqi mübahisələrlə diqqət çəkir.
01:55 / 03 Noyabr 2026
49
00:25 / 03 Noyabr 2026
116
00:20 / 03 Noyabr 2026
207
00:15 / 03 Noyabr 2026
153
00:15 / 03 Noyabr 2026
101
00:06 / 03 Noyabr 2026
193
23:44 / 02 Noyabr 2026
183
23:39 / 02 Noyabr 2026
104
23:38 / 02 Noyabr 2026
90
23:37 / 02 Noyabr 2026
130
23:32 / 02 Noyabr 2026
103
23:28 / 02 Noyabr 2026
104
23:24 / 02 Noyabr 2026
177
23:19 / 02 Noyabr 2026
135
23:12 / 02 Noyabr 2026
110
23:05 / 02 Noyabr 2026
125
23:05 / 02 Noyabr 2026
117
22:55 / 02 Noyabr 2026
392
22:48 / 02 Noyabr 2026
324
22:44 / 02 Noyabr 2026
102
22:27 / 02 Noyabr 2026
132
22:25 / 02 Noyabr 2026
114
22:22 / 02 Noyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.