Qaynar xətt:

(+99450) 247 90 86

ŞOK hadisə: Bələdiyyə sədrinə bıçaqlı HÜCUM

ŞOK hadisə: Bələdiyyə sədrinə bıçaqlı HÜCUM

DÜNYA

89

07.07.2026, 13:29

Türkiyənin Afyonkarahisar vilayətinin Dinar rayonuna bağlı Haydarlı qəsəbəsinin bələdiyyə sədri Süleyman Çetinkaya bıçaqlı hücuma məruz qalıb.

Oxu24.com Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə iyulun 5-də saat 19:00 radələrində baş verib. Məlumata görə, Süleyman Çetinkaya evinə daxil olmaq istəyərkən naməlum şəxs ona bıçaqla hücum edib. Hücum nəticəsində bələdiyyə sədri xəsarət almayıb, lakin yaranan qarşıdurma zamanı onun oğlu Yusuf Çetinkaya yaralanıb.

Şəxsiyyəti müəyyən edilən hücumçu jandarma əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Hadisə ilə bağlı Ədalət və İnkişaf Partiyasının Afyonkarahisar vilayət təşkilatı bəyanat yayaraq hücumu kəskin pisləyib.Bəyanatda bildirilib ki, xalqın səsi ilə seçilmiş bələdiyyə sədrinə qarşı törədilən bu hücum qəbuledilməzdir. Partiya rəsmiləri qeyd ediblər ki, Süleyman Çetinkayanın sağlamlığının yaxşı olması ən böyük təsəllidir, qarşıdurma zamanı yaralanan Yusuf Çetinkayaya isə tezliklə sağalması arzulanıb.

Açıqlamada vurğulanıb ki, seçilmiş dövlət rəsmilərinə qarşı belə hücumlar təkcə konkret şəxslərə deyil, həm də xalqın iradəsinə və demokratik həyata qarşı yönəlmiş əməllərdir. Bəyanatda hadisənin bütün təfərrüatlarının araşdırılacağı və təqsirkarların qanun qarşısında cavab verəcəyi ifadə olunub.

Nigar