Güclü zəlzələ oldu
04 Oktyabr 2026, 19:09
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
562
07.07.2026, 13:55
Yaponiyanın 2024-cü ildə baş vermiş güclü zəlzələdən zərər çəkən Noto yarımadasında yerləşən hava limanı turistlərin bölgəyə marağını artırmaq məqsədilə müvəqqəti olaraq "Pokemon" konsepsiyası ilə yenidən dizayn edilib.
Oxu24.com xarici KİV-lərə istinadən, Vajima şəhərində yerləşən Noto hava limanı üç il müddətinə rəsmi olaraq "Noto Satoyama Pokemon With You Airport" adlandırılacaq.
Açılış mərasimində pilot geyimində olan Pikachu maskotu rəsmilərlə birlikdə lent kəsib. Hava limanının foyesində təyyarə formalı şarda üzən Pikachu fiquru quraşdırılıb, binanın müxtəlif hissələrində isə 100-dən çox "Pokemon" personajının təsviri nümayiş etdirilir.Bu təşəbbüs 2024-cü il Yeni il günündə baş vermiş 7,5 bal gücündə zəlzələdən sonra bölgəyə turist axınının azalması fonunda həyata keçirilir. Həmin təbii fəlakət nəticəsində 700-dən çox insan həyatını itirib.Yaponiyanın ictimai yayımçısı NHK-nin məlumatına görə, bu ilin fevral ayında Noto bölgəsində gecələyən turistlərin sayı zəlzələdən əvvəlki dövrlə müqayisədə 30 faizdən bir qədər çox olub.
Layihənin təşkilatçıları hesab edirlər ki, "Pokemon" mövzulu hava limanı bölgənin turizm potensialının bərpasına və ziyarətçi sayının artmasına töhfə verəcək.
19:09 / 04 Oktyabr 2026
1
18:44 / 04 Oktyabr 2026
16
18:34 / 04 Oktyabr 2026
34
17:50 / 04 Oktyabr 2026
65
17:45 / 04 Oktyabr 2026
65
17:35 / 04 Oktyabr 2026
73
17:30 / 04 Oktyabr 2026
394
17:23 / 04 Oktyabr 2026
198
17:20 / 04 Oktyabr 2026
49
16:58 / 04 Oktyabr 2026
1896
16:56 / 04 Oktyabr 2026
178
16:55 / 04 Oktyabr 2026
145
16:53 / 04 Oktyabr 2026
161
16:51 / 04 Oktyabr 2026
80
16:49 / 04 Oktyabr 2026
71
14:30 / 04 Oktyabr 2026
98
14:04 / 04 Oktyabr 2026
132
14:00 / 04 Oktyabr 2026
98
13:55 / 04 Oktyabr 2026
71
13:44 / 04 Oktyabr 2026
296
13:40 / 04 Oktyabr 2026
78
13:30 / 04 Oktyabr 2026
71
13:15 / 04 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.