Qaynar xətt:

(+99450) 247 90 86

Zelenskinin sağlamlıq sirri – İdmanı, qidalanması - FOTO

2019-08/1565109910_zelenski_384868.jpg

DÜNYA

1205

06.08.2019, 20:45

\"\" 41 yaşlı Ukrayna Prezidenti uzun müddətdir idman zalında məşq edir, bədən formasını saxlamaq üçün çalışır. Oxu24.com medicina.az-a istinadən bu gün ən  reytinqli rəhbərlərdən hesab olunan Vladimir Zelenskinin sağlamlıq sirlərini təqdim edir.
Prezidentin və həyat yoldaşının fitnes treneri Vadim Danilçenkodur.  Digər 2 trener isə üzgüçülük və tay boksu üzrə prezidenti məşq etdirir. Həftədə 5 dəfə idman zalında olan Zelenskiy səhər tezdən və ya axşam 2 saat məşq edir.  İdman zalı elə iş yerində yerləşir.
Məşqçi bildirir ki, hətta ən gərgin seçkilər ərəfəsində belə Zelenski idmanı unutmurdu. Sevimli məşqi - ştanq və jimdir. Düzdür bu məşğələ döş qəfəsi əzələlərinin tonusunu artırır, amma prezident proqramında o həftədə cəmi 1 dəfə yol verilir. Sevmədiyi isə - ayaq əzələlərinin super setidir. Prezident idmanla əzələ yığmaq yox, yüksək enerji və gümrahlıq qazanmaq istəyir. Düzgün qidalanma -Zelenskinin rasionu sutkalıq kaloriy itkisinə uyğun dəqiq hesablanır. - Süfrədən doymadan əl çəkir, yəni çox tox olmaq olmaz. - Səhər daha çox kalori, axşam isə ən az. Ən güclü yemək səhər idmanından sonra olur - Su balansı ciddi qorunur. Günə 2 litr təmiz su içir - Mənfi cəhəti: alkoqoldan imtina edə bilməməsidir. Treneri arada 1-2 qədəh quru şərab içməyi qadağan etmir. - Zelenskinin yuxu ilə arası yoxdur. 5-6 saat yata bilir.