Qaynar xətt:

(+99450) 247 90 86

Sibiqa ABŞ–İran anlaşmasını alqışladı

Sibiqa ABŞ–İran anlaşmasını alqışladı

DÜNYA

133

16.06.2026, 12:41

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ABŞ və İran arasında əldə olunan anlaşma memorandumunu alqışlayıb.

Oxu24.com xəbər verir ki, nazir “X” hesabında etdiyi paylaşımda bu razılaşmanın regionda sülhün möhkəmlənməsi və qlobal iqtisadi sabitlik üçün mühüm əsas ola biləcəyini bildirib.

Sibiqa qeyd edib ki, Ukrayna ABŞ-ın bu istiqamətdə liderliyini müsbət qiymətləndirir və Vaşinqtonun Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmaq üçün səyləri davam etdirməsini gözləyir.

O, həmçinin Hörmüz boğazının açıq qalmasının enerji bazarlarının sabitliyi və naviqasiya azadlığı baxımından vacibliyini vurğulayıb.

Nazir əlavə edib ki, Ukrayna davamlı sülhün təmin olunması və təcavüzün qarşısının alınması üçün beynəlxalq səylərə hazırdır.

Turan