Bakı ilə Ankara arasında 15 milyard MƏBLƏĞİ — EKSPERT TƏHLİLİ
10 Noyabr 2026, 18:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
651
16.06.2026, 21:47
Son dövrlərdə yol hərəkəti təhlükəsizliyi ilə bağlı qaydaların tətbiqi və nəzarətin gücləndirilməsi fonunda təhlükəsizlik kəmərindən istifadə məsələsi yenidən gündəmə gətirilib. Ümumilikdə avtomobil idarə edərkən və ya sərnişin qismində hərəkət zamanı təhlükəsizlik kəmərinin taxılması məcburi hesab olunur və bu qayda yol-nəqliyyat hadisələrinin ağır nəticələrinin qarşısının alınmasında əsas amillərdən biri kimi qiymətləndirilir.
Bununla yanaşı, qanunvericilikdə bəzi hallarda təhlükəsizlik kəmərinin taxılmamasına dair istisnalar da nəzərdə tutulub. Bu istisnaların hansı kateqoriyalara aid olduğu və hansı şərtlər daxilində tətbiq edildiyi isə sürücülər və sərnişinlər arasında tez-tez maraq doğuran məsələlərdəndir.
Oxu24.com xəbər verir ki, Vəkil Vamiq Şükürov Demokrat.az-a açıqlamasında deyib ki, konstruksiyasında təhlükəsizlik kəmərləri nəzərdə tutulmuş nəqliyyat vasitəsində hərəkət zamanı sürücü kəməri bağlamalı və sərnişinlərin də kəmərdən düzgün istifadə etməsini təmin etməlidir:
“Bu tələb yol hərəkəti təhlükəsizliyinin əsas qaydalarından biri hesab olunur və ümumi risklərin azaldılmasına xidmət edir. Bununla yanaşı, qanunvericilikdə müəyyən istisna hallar da nəzərdə tutulub. Belə ki, 12 yaşınadək uşaqlar, geriyə hərəkət (manevr) edən sürücülər, hamilə qadınlar, həmçinin sürücülüyü öyrənən şəxs nəqliyyat vasitəsini idarə edərkən onu öyrədən şəxs təhlükəsizlik kəmərini taxmaya bilər. Eyni zamanda, yaşayış məntəqələri daxilində operativ nəqliyyat vasitələrinin sürücüləri və sərnişinləri də xidməti zərurət yarandıqda kəmərdən istifadə etməmək hüququna malikdirlər. Lakin bu istisnalar yalnız qanunla müəyyən edilmiş hallarda və müvafiq şərtlər daxilində tətbiq olunur”.
O bildirib ki, motosikletlərə münasibətdə isə ayrıca tələb müəyyən edilib:
“Belə ki, motosiklet sürücüsü mütləq şəkildə qoruyucu dəbilqəni düzgün şəkildə bağlamalı, sərnişinlərin də motodəbilqədən istifadə etməsini və onun düzgün bərkidilməsini təmin etməlidir. Ümumilikdə bu qaydalar yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması və qəza zamanı ağır nəticələrin minimuma endirilməsi məqsədi daşıyır”.
18:26 / 10 Noyabr 2026
1
18:25 / 10 Noyabr 2026
27
18:19 / 10 Noyabr 2026
47
18:17 / 10 Noyabr 2026
48
18:04 / 10 Noyabr 2026
73
18:02 / 10 Noyabr 2026
491
17:54 / 10 Noyabr 2026
89
17:42 / 10 Noyabr 2026
92
17:35 / 10 Noyabr 2026
86
17:16 / 10 Noyabr 2026
321
17:10 / 10 Noyabr 2026
118
17:06 / 10 Noyabr 2026
192
16:55 / 10 Noyabr 2026
594
16:47 / 10 Noyabr 2026
100
16:41 / 10 Noyabr 2026
98
16:35 / 10 Noyabr 2026
165
16:21 / 10 Noyabr 2026
164
16:12 / 10 Noyabr 2026
284
15:58 / 10 Noyabr 2026
132
15:44 / 10 Noyabr 2026
238
15:34 / 10 Noyabr 2026
383
15:31 / 10 Noyabr 2026
109
15:25 / 10 Noyabr 2026
149
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.