Bakı ilə Ankara arasında 15 milyard MƏBLƏĞİ — EKSPERT TƏHLİLİ
10 Noyabr 2026, 18:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
687
16.06.2026, 20:01
Gələcəkdə sosial vəziyyəti ağır olan, aztəminatlı və maddi imkanı məhdud şəxslərə dövlət və ya maliyyə qurumları tərəfindən faizsiz kreditlərin verilməsi məsələsi vaxtaşırı müzakirə edilir.
Bəs belə bir mexanizmin tətbiqi nə dərəcədə realdır?
Oxu24.com bildirir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, kredit anlayışının mahiyyəti onun geri qaytarılması ilə bağlıdır və bu baxımdan faizsiz kreditlərin verilməsi praktikada məqsədəuyğun hesab edilmir.
Ekspertin sözlərinə görə, faizsiz kredit anlayışı əslində mövcud deyil:
“Yalnız aşağı faizli və ya güzəştli kreditlərdən danışmaq olar. Lakin belə kreditlər də yalnız o halda verilə bilər ki, vətəndaşın onu geri qaytarmaq imkanı olsun. Əgər şəxsin qaytarma qabiliyyəti yoxdursa, kredit faizsiz olsa belə, borcu ödəyə bilməyəcək”.
Ə.Həsənov vurğulayıb ki, kreditlə sosial yardım anlayışları bir-birindən fərqlənir:
“Kreditin mənası ondan ibarətdir ki, verilən vəsait müəyyən müddətdən sonra geri qaytarılmalıdır. Əgər dövlət vətəndaşa pul ayırırsa və həmin vəsaitin geri qaytarılması nəzərdə tutulmursa, bu artıq kredit deyil, sosial dəstək və ya müavinət hesab edilməlidir”.
İqtisadçının fikrincə, maddi imkanı zəif vətəndaşların dəstəklənməsində əsas vasitə kredit deyil, ünvanlı sosial yardım, müavinətlər və digər sosial təminat mexanizmləri olmalıdır.
Onun sözlərinə görə, kreditlərin verilməsi zamanı əsas meyar vətəndaşın gəlirləri və borcu qaytarmaq imkanlarıdır.
18:26 / 10 Noyabr 2026
1
18:25 / 10 Noyabr 2026
27
18:19 / 10 Noyabr 2026
47
18:17 / 10 Noyabr 2026
48
18:04 / 10 Noyabr 2026
73
18:02 / 10 Noyabr 2026
491
17:54 / 10 Noyabr 2026
89
17:42 / 10 Noyabr 2026
92
17:35 / 10 Noyabr 2026
86
17:16 / 10 Noyabr 2026
321
17:10 / 10 Noyabr 2026
118
17:06 / 10 Noyabr 2026
192
16:55 / 10 Noyabr 2026
594
16:47 / 10 Noyabr 2026
100
16:41 / 10 Noyabr 2026
98
16:35 / 10 Noyabr 2026
165
16:21 / 10 Noyabr 2026
164
16:12 / 10 Noyabr 2026
284
15:58 / 10 Noyabr 2026
132
15:44 / 10 Noyabr 2026
238
15:34 / 10 Noyabr 2026
383
15:31 / 10 Noyabr 2026
109
15:25 / 10 Noyabr 2026
149
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.