Bakı ilə Ankara arasında 15 milyard MƏBLƏĞİ — EKSPERT TƏHLİLİ
10 Noyabr 2026, 18:26
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1413
16.06.2026, 20:29
Azərbaycanda tədris planına yeni ixtisas əlavə olunub. Belə ki, “Daşınmaz əmlakın idarə olunması” ixtisası bu ildən bakalavriat səviyyəsində universitetlərdə tədris ediləcək.
Bu qərara səbəb nədir? Hansı ali təhsil müəssisələrində tədris olunacaq?
Oxu24.com xəbər verir ki Globalinfo.az-a danışan təhsil eksperti Elçin Əfəndi deyib ki, əvvəllər mövcud olan “Yer quruluşu və daşınmaz əmlakın kadastrı” ixtisası mahiyyət etibarilə yeni yaradılan ixtisasla müəyyən uyğunluq təşkil edir:
“Bu ixtisas Bakı Dövlət Universitetində, Azərbaycan Memarlıq və İnşaat Universitetində, eləcə də bölgələrdə Azərbaycan Dövlət Aqrar Universiteti və Naxçıvan Dövlət Universitetində tədris olunurdu. Yeni ixtisasın yaradılması əmək bazarında bu sahə üzrə kadr tələbatının artması ilə bağlıdır. Böyük ehtimalla, hazırda kənd təsərrüfatı ixtisasları qrupuna daxil olan “Yer quruluşu və daşınmaz əmlakın kadastrı” ixtisasının adı dəyişdiriləcək və ya olduğu kimi saxlanılacaq. “Daşınmaz əmlakın idarə olunması” isə ayrıca ixtisas kimi fəaliyyət göstərəcək”.
Ekspert bildirib ki, bu ixtisasın gələcəkdə Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti kimi ali təhsil müəssisələrində tədris olunacağı gözlənilir:
“Mahiyyət etibarilə, onu daşınmaz əmlak sahəsində menecment istiqaməti kimi də qiymətləndirmək olar. Çünki hazırda ölkədə çoxsaylı daşınmaz əmlak şirkətləri fəaliyyət göstərir və onların səmərəli idarə olunması üçün peşəkar kadrlara ehtiyac var. Bu ixtisas üzrə məzunlar da əsasən həmin müəssisələrdə iş imkanları əldə edə biləcəklər”.
18:26 / 10 Noyabr 2026
1
18:25 / 10 Noyabr 2026
27
18:19 / 10 Noyabr 2026
47
18:17 / 10 Noyabr 2026
48
18:04 / 10 Noyabr 2026
73
18:02 / 10 Noyabr 2026
491
17:54 / 10 Noyabr 2026
89
17:42 / 10 Noyabr 2026
92
17:35 / 10 Noyabr 2026
86
17:16 / 10 Noyabr 2026
321
17:10 / 10 Noyabr 2026
118
17:06 / 10 Noyabr 2026
192
16:55 / 10 Noyabr 2026
594
16:47 / 10 Noyabr 2026
100
16:41 / 10 Noyabr 2026
98
16:35 / 10 Noyabr 2026
165
16:21 / 10 Noyabr 2026
164
16:12 / 10 Noyabr 2026
284
15:58 / 10 Noyabr 2026
132
15:44 / 10 Noyabr 2026
238
15:34 / 10 Noyabr 2026
383
15:31 / 10 Noyabr 2026
109
15:25 / 10 Noyabr 2026
149
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.