Sanksiya altında olan Rusiya təyyarəsi ilə İsrailə gələn kimdir?
10 Noyabr 2026, 18:56
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
563
16.06.2026, 00:18
Göyçay rayonunda axşam saatlarında müşahidə olunan güclü külək və leysan xarakterli yağış bir sıra fəsadlara səbəb olub.
Oxu24.com xəbər verir ki, əlverişsiz hava şəraiti nəticəsində Ucar–Göyçay avtomobil yolunun kənarında yerləşən iri gövdəli ağaclar kökündən çıxaraq yolun hərəkət hissəsinə aşıb. Nəticədə hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinlik yaranıb.
Hadisə yerinə dərhal yol və post patrul xidmətinin əməkdaşları cəlb olunub. Ərazidə təhlükəsizlik tədbirləri görülür, ağacların yoldan kənarlaşdırılması və nəqliyyatın təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində işlər davam etdirilir.
Güclü küləyin törətdiyi fəsadlar rayonun Yeniarx kəndində də qeydə alınıb. Belə ki, irigövdəli ağacların qırılaraq elektrik xətlərinin üzərinə aşması nəticəsində kəndə elektrik enerjisinin verilişi dayandırılıb.
Kənd sakinlərinin sözlərinə görə, təbiət hadisəsi nəticəsində bir neçə fərdi yaşayış evinin və yardımçı tikilinin dam örtüyünə ziyan dəyib. Bundan başqa, bir vətəndaşa məxsus minik avtomobili aşan ağacın təsirindən zədələnib.
İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.report
19:06 / 10 Noyabr 2026
32
18:58 / 10 Noyabr 2026
108
18:56 / 10 Noyabr 2026
56
18:39 / 10 Noyabr 2026
88
18:26 / 10 Noyabr 2026
129
18:25 / 10 Noyabr 2026
118
18:19 / 10 Noyabr 2026
111
18:17 / 10 Noyabr 2026
88
18:04 / 10 Noyabr 2026
104
18:02 / 10 Noyabr 2026
978
17:54 / 10 Noyabr 2026
111
17:42 / 10 Noyabr 2026
124
17:35 / 10 Noyabr 2026
102
17:16 / 10 Noyabr 2026
388
17:10 / 10 Noyabr 2026
147
17:06 / 10 Noyabr 2026
227
16:55 / 10 Noyabr 2026
783
16:47 / 10 Noyabr 2026
116
16:41 / 10 Noyabr 2026
109
16:35 / 10 Noyabr 2026
196
16:21 / 10 Noyabr 2026
194
16:12 / 10 Noyabr 2026
321
15:58 / 10 Noyabr 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.