SOCAR yeni kompleks tikəcək
11 Noyabr 2026, 01:00
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
552
02.06.2026, 12:29
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığında onun Yaxın Şərqdəki (əsas da Livan ərazisində) fəaliyyətini kəskin tənqid edib. Tramp-Netanyahu münasibətlərində soyuqluq yaranıb?
Oxu24.com xəbər verir ki,Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Ajans.az-a bildirib ki, Netanyahu hökumətinin Livanla bağlı addımları bölgədə gərginliyin davam etməsinə hesablanıb.
Onun fikrincə, Trampın məqsədi İranla razılaşmanın əldə edilməsi və bunun qələbə kimi elan olunmasıdır:
“Bunun üçün ciddi təzyiq edilir ki, İran güzəştə getsin. ABŞ rəsmilərinin son açıqlamalarında maraqlı məqamlar var. ABŞ indiyə qədər zənginləşdirilmiş Uranın İrandan çxıarılmasını əsas tələb kimi irəli sürürdü. Amma son günlər ABŞ rəsmiləri tərəfindən verilən “İran nüvə silahı istehsal etməyəcəyi və digər ölkələrdən almayacağı ilə bağlı razılıq verib. Ümumi vəziyyət belədir ki, hər keçən gün ABŞ hökumətinin əleyhinə işləyir. Tramp may ayına qədər problemin həllinə nail ola bilmədi. Noyabrda isə aralıq seçkisi keçiriləcək. Vəziyyətin bu cür davam etməsi isə respublikaçıların konqresə seçkiləri uduzması deməkdir”.
O bildirib ki, Vaşinqtonda İrana quru əməliyyatlarının başladılası ilə bağlı hökumət daxilində ciddi fikir ayrılıqları var:
“Bunun hökumət üçün ciddi risk daşıması hər kəsə bəllidir. Çünki burada hər hansı uğursuzluq hökumətin sonunu gətirə bilər. Ona görə də növbəti eskalasiya baş verərsə, yalnız hava hücumları ilə İranın mülki obyektləri, xüsuilə enerji infrastrukturu hədəf alına bilər. Təbii ki, bu da ABŞ üçün ciddi risk yaradır. Çünki bu baş verərsə, İran tərəfindən körfəz ölkələrinin bütün infrastrukturu hədəf alınacaq ki, bu da həmin ölkələr üçün fəlakət deməkdir. Eyni zamanda bu ssenari qlobal neft qiymətlərinin kəskin yükəslməsinə və dünya iqtisadiyyatında fəlakətə səbəb olacaq, geosiyasi böhranı dərinləşdirəcək. Bu vəziyyət də ABŞ üçün arzuolunmazdır. Ona görə də Tramp hökuməti “zənginləşdirilmiş uranın İrandan çıxarılması” tələbinin əvəzinə, İranın nüvə silahı istehsal və əldə etməyəcəyinin zəmanətini əsas götürə bilər. Təbii ki, bununla bağl da hökumət daxilində ciddi fikir ayrılıqları var və bir-birini təkzib edən açıqlamalar bundan qaynaqlanır”.
Onan sözlərinə görə, İranın əsas şərtlərindən biri də atəşkəsin bütün cəbhələrə, o cümlədən Livana da şamil olunmasıdır:
“Əgər İranın nüvə silahı istehsal etməməsi ilə bağlı razılıq önə sürülsə- halbuki İran müharibədən öncə də bu fikirdə olmadığını açılayıb-o zaman Vaşinqton Təl-Əvivin əlindən bu arqumenti almış olacaq. Netanyahuya isə bölgədə müharibənin davam etməsi və ABŞ-İran danışıqlarının pozulması lazımdır. Buna görə də İsrail Livana hücumlarını genişləndirməklə İranın ABŞ qarşısında proksilərlə bağlı qoyduğu şərti pozmağa, beləıliklə də danışıqlar prosesini zərbə altına salmağa çalışır. Hazırda Trampla Netanyahu arasında olan gərginliyin əsas səbəbi budur. Amma bu gərginliyin İsrail-ABŞ münasibətləırinə ciddi təsir edəcəyi ehtimalı demək olar ki, yoxdur. Digər tərəfdən Yaxın Şərqdə sabitliyin bərpasını sionizmin hədəflərinə təhdid hesab edən ABŞ-dəki sionist lobbinin ciddi təzyiq rıçaqları var. Bu baxaımdan istər epşteyn məsələsi daxil olmaqla ictimai rəyin manipulyasiyası, istərsə də güclü iqtisadi, siyasi təzyiq alətlərinin mövcudluğu Vaşinqtonu İranla bağlı yenidən öz maraqlarına qarşı addımlara məcbur edə bilər”.
01:50 / 11 Noyabr 2026
217
01:00 / 11 Noyabr 2026
164
00:31 / 11 Noyabr 2026
213
23:59 / 10 Noyabr 2026
198
23:57 / 10 Noyabr 2026
234
23:55 / 10 Noyabr 2026
622
23:53 / 10 Noyabr 2026
252
23:47 / 10 Noyabr 2026
1366
23:43 / 10 Noyabr 2026
225
23:39 / 10 Noyabr 2026
202
23:28 / 10 Noyabr 2026
402
23:27 / 10 Noyabr 2026
931
23:17 / 10 Noyabr 2026
1462
23:15 / 10 Noyabr 2026
199
23:00 / 10 Noyabr 2026
162
22:58 / 10 Noyabr 2026
197
22:55 / 10 Noyabr 2026
183
22:35 / 10 Noyabr 2026
161
22:30 / 10 Noyabr 2026
477
22:27 / 10 Noyabr 2026
140
22:19 / 10 Noyabr 2026
178
22:04 / 10 Noyabr 2026
255
21:55 / 10 Noyabr 2026
848
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.