İran infrastrukturunu yenidən quracaq
27 İyul 2026, 10:37
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
477
02.06.2026, 09:10
Sərnişin qatarla Gürcüstana gedir, avtomobili isə ondan əvvəl və ya sonra həmin ölkəyə çatdırılır. Quru sərhədlərin bağlı qalması fonunda şəxsi avtomobillə Gürcüstanda səfər etmək istəyənlər üçün alternativ yol kimi məhz bu variant gündəmə gəlib.
Oxu24.com-un məlumatına görə, logistika üzrə ekspert Hafiz Əmiraslanov deyir ki, son günlər bu istiqamətdə müraciətlər artıb.
Onun sözlərinə görə, avtomobilin Gürcüstana göndərilməsi üçün əsasən CMR, yəni beynəlxalq yükdaşıma sənədi, invoys və ölkədən çıxışa icazə tələb olunur.
Bu isə o deməkdir ki, vətəndaş qatarla Tbilisiyə və ya Gürcüstanın digər istiqamətlərinə gedə, avtomobilini isə ayrıca daşıma vasitəsilə həmin ölkəyə göndərə bilər. Ekspert bildirir ki, prosesin əsas üstünlüyü ailəvi və uzunmüddətli səfərlərdə özünü göstərir. Çünki Gürcüstanda bir neçə şəhərə getmək, bölgələrə səfər etmək və istirahət müddətində taksi və ya kirayə avtomobil xərclərindən yayınmaq istəyənlər üçün bu daha rahat ola bilər. Amma avtomobilin geri qaytarılması zamanı qiymətlər bir qədər fərqlənir. Buna səbəb Gürcüstan üzərindən Azərbaycana gətirilən xarici avtomobillərin çoxluğu və daşıma istiqamətində tələbatın yüksək olmasıdır.
Yəni Gürcüstana aparılan şəxsi avtomobil səfər bitdikdən sonra yenidən Azərbaycana qaytarılmalı və Bakı gömrük terminalında rəsmiləşdirilməlidir. Mütəxəssislər bildirirlər ki, bu üsuldan istifadə etmək istəyənlər əvvəlcədən həm sənədləşmə qaydasını, həm də ümumi xərci dəqiqləşdirməlidirlər. Xüsusilə avtomobil başqa şəxsin adınadırsa, kreditdədirsə və ya etibarnamə ilə idarə olunursa, sənəd tələbləri əvvəlcədən yoxlanmalıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
15:45 / 27 İyul 2026
9
15:21 / 27 İyul 2026
56
15:20 / 27 İyul 2026
47
15:17 / 27 İyul 2026
50
14:59 / 27 İyul 2026
61
14:34 / 27 İyul 2026
61
14:28 / 27 İyul 2026
59
14:04 / 27 İyul 2026
79
13:59 / 27 İyul 2026
82
13:55 / 27 İyul 2026
69
13:50 / 27 İyul 2026
84
13:47 / 27 İyul 2026
62
13:40 / 27 İyul 2026
92
13:30 / 27 İyul 2026
87
13:15 / 27 İyul 2026
83
12:59 / 27 İyul 2026
82
12:45 / 27 İyul 2026
75
12:45 / 27 İyul 2026
88
12:38 / 27 İyul 2026
87
12:30 / 27 İyul 2026
69
12:29 / 27 İyul 2026
75
12:25 / 27 İyul 2026
77
12:21 / 27 İyul 2026
72
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.