Sərhədin altında gizli yol tapıldı – 28 nəfər bu tuneldən keçirdi
21 Avqust 2026, 23:00
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
602
02.06.2026, 00:00
Ermənistanın baş naziri Nikol Paşinyana qarşı sui-qəsd hazırlayan Mger Mirzoyan barəsində həbs qətimkan tədbiri seçilib.
Oxu24.com xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, aparılan ilkin istintaq hərəkətləri zamanı baş nazirin qətlini planlaşdıran şəxslərdən birinin kimliyi dəqiq müəyyən edilib.
İstintaqın rəsmi məlumatına görə, 2024-cü ildən bəri xarici ölkələrdən birində yaşayan M.Mirzoyanın ən azı 4 nəfərdən ibarət qrupun tərkibində Ermənistan baş nazirini siyasi və dövlət fəaliyyətinə görə qətlə yetirmək məqsədilə gizli plan qurduğuna dair əsaslı şübhələr yaranıb. Dəstə üzvlərinin cinayəti törətmək üçün lazımi vasitələr əldə etdiyi və ciddi hazırlıq işləri gördüyü aşkar edilib.
Məlumata görə, xüsusi geyim və maskalar taxan təqsirləndirilən şəxslər Nikol Paşinyanı hədələyən videoçarx hazırlayaraq internetdə yayıblar. Bundan əlavə, həmin qrupun seçkiqabağı təşviqat kampaniyasına da qanunsuz şəkildə mane olduğu bildirilir.
Faktla bağlı M.Mirzoyana qarşı Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə (bir qrup şəxs tərəfindən dövlət və siyasi fəaliyyəti ilə əlaqədar qəsdən adam öldürməyə hazırlıq və təşviqatın aparılmasına mane olma) cinayət işi açılıb, cinayətkar şəbəkənin digər üzvlərinin tapılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
00:41 / 22 Avqust 2026
27
00:03 / 22 Avqust 2026
67
23:49 / 21 Avqust 2026
63
23:00 / 21 Avqust 2026
64
22:39 / 21 Avqust 2026
73
22:25 / 21 Avqust 2026
81
22:11 / 21 Avqust 2026
84
21:57 / 21 Avqust 2026
96
21:30 / 21 Avqust 2026
87
20:56 / 21 Avqust 2026
90
20:52 / 21 Avqust 2026
70
20:14 / 21 Avqust 2026
82
19:42 / 21 Avqust 2026
95
19:21 / 21 Avqust 2026
98
19:08 / 21 Avqust 2026
177
18:46 / 21 Avqust 2026
105
18:41 / 21 Avqust 2026
79
18:33 / 21 Avqust 2026
97
18:20 / 21 Avqust 2026
77
18:10 / 21 Avqust 2026
117
17:59 / 21 Avqust 2026
103
17:45 / 21 Avqust 2026
126
17:30 / 21 Avqust 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.