ChatGPT ölüm ayağında olan qadına “hələ çox yaşayacaqsan” yazıb
11 Noyabr 2026, 23:50
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
695
23.04.2026, 14:25
Ermənistan Parlamentinin sədri Alen Simonyan iki ölkə arasındakı quru sərhədlərinin hələ də açılmamasında rəsmi Bakını ittiham edib.
Oxu24.com xəbər verir ki, Alen Simonyan verdiyi son açıqlamasında Qarabağ məsələsinin həll olunmasına baxmayaraq, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə prosesin yekunlaşmadığını bəhanə gətirib. O, Azərbaycanın Türkiyəyə təsir etdiyini və Ankara ilə İrəvan arasındakı normallaşma prosesinə maneə törətdiyini iddia edib. Simonyan qeyd edib ki, tərəflər arasında 17 bənd üzrə razılıq əldə olunsa da, yekun sənəd imzalanmayıb.
Məsələ ilə bağlı Oxu24.com-a fikirlərini bölüşən siyasətçi Tural Abbaslı Ermənistanın sülh danışıqlarında qeyri-səmimi olduğunu vurğulayıb.
O qeyd edib ki, Ermənistan hazırkı ağır iqtisadi və hərbi vəziyyətdən çıxdıqdan sonra yenidən ərazi iddiaları ilə çıxış edə bilər. Onun sözlərinə görə, Azərbaycan tərəfi ehtiyatlı davranmalı və şərtləri özü diktə etməlidir. Siyasətçi Türkiyənin də Ermənistanla münasibətlərdə Azərbaycanla koordinasiyalı hərəkət etməsini strateji baxımdan zəruri hesab edir:
“Ermənistan–Türkiyə quru sərhədinin açılmamasının əsas geosiyasi səbəbləri
Ermənistan–Türkiyə quru sərhədinin açılmamasının arxasında bir neçə fundamental geosiyasi faktor dayanır: Şuşa Bəyannaməsi ilə rəsmiləşən müttəfiqlik münasibətlərinə görə, Türkiyə Ermənistanla sərhədlərin açılmasını Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması və Zəngəzur dəhlizinin açılması şərtlərinə bağlayır. Ermənistanın müstəqillik aktında və konstitusiyasında hələ də həm Azərbaycana, həm də Türkiyəyə qarşı (qondarma soyqırımı iddiaları və ərazi tələbləri) hüquqi əsasların qalması Ankaranın tam normallaşma üçün əsas maneə hesab etdiyi məqamdır”.
Siyətçi əlavə edib ki, Ermənistanın iqtisadiyyatını gücləndirdikdən sonra yenidən təcavüzkar siyasətə qayıtma ehtimalı Bakı və Ankaranı ehtiyatlı davranmağa sövq edir:
“Türkiyə üçün Orta Asiyaya birbaşa çıxış imkanı yaradacaq bu dəhlizin açılması məsələsində Ermənistanın qeyri-müəyyən mövqeyi sərhədlərin açılması prosesini ləngidir. Bölgədəki digər güclərin (Rusiya, İran, Qərb) Ermənistan-Türkiyə yaxınlaşmasına münasibəti və bu proses vasitəsilə regionda artacaq Türk təsiri geosiyasi müstəvidə ciddi rəqabət doğurur”.
Çimnaz Telmanqızı
07:20 / 12 Noyabr 2026
1
03:10 / 12 Noyabr 2026
121
01:25 / 12 Noyabr 2026
175
00:55 / 12 Noyabr 2026
153
00:43 / 12 Noyabr 2026
139
00:35 / 12 Noyabr 2026
346
00:33 / 12 Noyabr 2026
132
00:27 / 12 Noyabr 2026
143
00:24 / 12 Noyabr 2026
169
00:19 / 12 Noyabr 2026
171
00:17 / 12 Noyabr 2026
277
00:11 / 12 Noyabr 2026
165
23:54 / 11 Noyabr 2026
144
23:52 / 11 Noyabr 2026
142
23:50 / 11 Noyabr 2026
170
23:45 / 11 Noyabr 2026
1446
23:28 / 11 Noyabr 2026
134
23:24 / 11 Noyabr 2026
147
23:18 / 11 Noyabr 2026
161
23:09 / 11 Noyabr 2026
151
23:03 / 11 Noyabr 2026
142
23:01 / 11 Noyabr 2026
165
22:55 / 11 Noyabr 2026
137
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.