SON DƏQİQƏ! Rusiya raketlə vuruldu
10 İyun 2026, 11:06
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
424
22.04.2026, 22:08
Fransada əhali bölgüsü bərabər deyil və ölkə ərazisinin böyük bir hissəsində yaşayış sıxlığı olduqca aşağıdır. Mütəxəssislərin “boş diaqonal” adlandırdığı bu ərazi ölkənin şimal-şərqindən cənub-qərbinə doğru uzanan geniş bir zolağı əhatə edir.
Oxu24.com xəbər verir ki, bu bölgədə yerləşən ən iri şəhərlərdən biri olan Clermont-Ferrand belə cəmi 141 min nəfərə yaxın əhaliyə malikdir.
Halbuki ümumi ölkə üzrə əhali sıxlığı hər kvadrat kilometrə təxminən 120 nəfər olduğu halda, bu diaqonalda bu göstərici 30 nəfərə qədər düşür.
Araşdırmalara görə, bu vəziyyətin əsas səbəblərindən biri uzun illər davam edən urbanizasiya prosesidir. İnsanlar iş və daha yaxşı həyat şəraiti üçün kənd və kiçik şəhərlərdən iri mərkəzlərə – Paris, Lyon və Marseille kimi şəhərlərə köç ediblər.
Digər mühüm amil isə coğrafi meyillərlə bağlıdır. Əhali daha çox dənizkənarı ərazilərdə və iqtisadi cəhətdən aktiv bölgələrdə məskunlaşmağa üstünlük verir. “Boş diaqonal” isə əsasən ölkənin daxili hissəsində yerləşir.
Bundan əlavə, bu ərazilərdə yaşlı əhalinin payı daha yüksəkdir. Gənclər isə təhsil və iş imkanlarına görə böyük şəhərlərə üz tutur. Nəticədə kəndlərdə sosial və iqtisadi aktivlik zəifləyir.
Fransa hökuməti son illərdə bu regionları canlandırmaq üçün müxtəlif inkişaf proqramları həyata keçirsə də, mütəxəssislər yaxın perspektivdə bu “boş diaqonal”ın tam dolmasının real görünmədiyini bildirirlər.
Jalə
11:06 / 10 İyun 2026
1
11:01 / 10 İyun 2026
10
10:53 / 10 İyun 2026
25
10:50 / 10 İyun 2026
63
10:34 / 10 İyun 2026
65
10:32 / 10 İyun 2026
51
10:30 / 10 İyun 2026
64
10:24 / 10 İyun 2026
76
10:18 / 10 İyun 2026
58
10:16 / 10 İyun 2026
55
10:08 / 10 İyun 2026
594
10:02 / 10 İyun 2026
100
09:58 / 10 İyun 2026
100
09:45 / 10 İyun 2026
59
09:43 / 10 İyun 2026
53
09:42 / 10 İyun 2026
60
09:40 / 10 İyun 2026
194
09:39 / 10 İyun 2026
65
01:04 / 10 İyun 2026
317
00:24 / 10 İyun 2026
387
00:01 / 10 İyun 2026
226
23:52 / 09 İyun 2026
185
23:36 / 09 İyun 2026
313
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.