Əsirləri dəyişəcəklər - RƏSMİ
26 Mart 2026, 23:38
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
96
26.03.2026, 20:43
Bölgəmiz son əsrin ən ağrılı günlərini yaşayır, baş verən hadisələr bölgədə ciddi humanitar fəsadlara səbəb olur.
Oxu24.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan regionda baş verən hadisələrlə bağlı açıqlama verərkən deyib.
Ərdoğan vurğulayıb ki, harada baş verməsindən asılı olmayaraq həyatını itirən insanların hamısı qardaş xalqlara məxsusdur. Onun sözlərinə görə, İsfahan, Təbriz və Tehranda tökülən göz yaşları ilə Ərbil, Amman, Bağdad, Beyrut, Səna, Doha və Ər-Riyadda yaşanan faciələr arasında heç bir fərq yoxdur.
Türkiyə lideri qeyd edib ki, bölgədə baş verən hadisələr nəticəsində atılan hər bir raket və silahlı toqquşma ümumi sabitliyə zərbə vurur və bundan bütün region əziyyət çəkir.
Ərdoğan əlavə edib ki, uzun müddətdir davam edən gərginliklər fonunda insanlar arasında dini və ya etnik fərqlərin heç bir əhəmiyyəti yoxdur.
Həmçinin oxuyun
“Uzun müddətdir davam edən gərginlik fonunda insanların şiə və ya sünni olması, eləcə də milli mənsubiyyəti heç bir fərq yaratmır. Türkiyənin həm yaxşı, həm də çətin günlərdə dost və qardaş xalqların yanında olmağa davam edəcəyini bildirib” – o vurğulayıb.
Prezident həmçinin qeyd edib ki, region xalqları arasında qarşıdurmanı dərinləşdirə biləcək addımlar qəbuledilməzdir və bu cür yanaşmaların qarşısı alınmalıdır.
Ərdoğan sonda vurğulayıb ki, İslam dünyasının müqəddəs dəyərlərinə və tarixi məkanlara hörmətin qorunması vacibdir və Türkiyə bu istiqamətdə fəaliyyətini davam etdirəcək./modern.az
00:09 / 27 Mart 2026
6
00:06 / 27 Mart 2026
8
00:02 / 27 Mart 2026
16
23:56 / 26 Mart 2026
20
23:50 / 26 Mart 2026
25
23:38 / 26 Mart 2026
28
23:33 / 26 Mart 2026
33
23:30 / 26 Mart 2026
31
23:28 / 26 Mart 2026
40
23:22 / 26 Mart 2026
484
23:18 / 26 Mart 2026
56
23:18 / 26 Mart 2026
36
23:10 / 26 Mart 2026
187
22:57 / 26 Mart 2026
116
22:56 / 26 Mart 2026
66
22:48 / 26 Mart 2026
423
22:48 / 26 Mart 2026
64
22:33 / 26 Mart 2026
212
22:21 / 26 Mart 2026
484
22:04 / 26 Mart 2026
250
22:01 / 26 Mart 2026
176
21:55 / 26 Mart 2026
70
21:46 / 26 Mart 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.