Abbas Əraqçidən şok açıqlama: Bölgəni tərk edin
10 İyun 2026, 01:04
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
545
24.03.2026, 09:10
Trampın Tehranın israrla təkzib etdiyi “münaqişəyə son qoymaqla bağlı məhsuldar danışıqlar aparılıb” açıqlaması və İranın enerji resursları və elektrik stansiyalarına zərbələri “5 günlük təxirə salması” bir-biri ilə əlaqəli olan birdən çox məqsədə hesablanmış diplomatik manevr kimi qiymətləndirilə bilər.
Birincisi, enerji bazarındakı böhranlı vəziyyətə təsir etmək: Trampın açıqlamasından sonra neft qiymətlərində müşahidə edilən enmə də bunu deməyə əsas verir; Vaşinqton bazarın ən az “5 gün nəfəs alması”nı və bu müddətdə Hörmüz boğazı problemini həll etməyin yollarını axtarmaq imkanı əldə etmək istəyir;
İkincisi, zaman qazanmaq: ABŞ-ın raket arsenalında itkilərin bərpasına ehtiyac var, eyni zamanda, müharibənin gedişi – yeni fazaya keçilməsi, yaxud ilkin hədəflərə nail olunması ilə kifayətlənmək haqda qərar verilməlidir;
Üçüncüsü, müharibə haqda həm ABŞ daxilində, həm beynəlxalq müstəvidə müxalif mövqe qarşısında mövqeyini gücləndirmək: ABŞ administrasiyası bir tərəfdən dialoq tərəfdarı kimi çıxış edir, digər tərəfdən İranın qəbul etməyəcəyi şərtləri – Hörmüz boğazının açılması da daxil olmaqla əvvəlki tələblər – irəli sürməklə “müharibəni bitirməyə çalışdığını” nümayiş etdirir; Tehranın qəbul etməməsi, ki belə olacağı bəlli idi, hücumları yeganə “çıxış yolu” olduğu arqumentini gücləndirə bilər;
Burada diqqət çəkən məqam danışıqlarda İranı təmsil edən şəxs kimi spiker Məhəmməd Bagir Qalibafın adının dövriyyəyə buraxılmasıdır. Qalibafın adının hallanması onu birbaşa SEPAH-ın hədəfinə çevrir və bunun iki mümkün səbəbi ola bilər:
1. Qalibafın adının hallanması Vaşinqtonun məlumatı çərçivəsində baş verirsə, ABŞ və İsrail bununla rejim daxilində ziddiyyətləri körükləmək, qarşıdurma yaratmaq gedişi edir;
2. Mümkündür ki, müharibənin mövcud şərtlərdə bitməsini istəməyən İsrail Qalibafı SEPAH-ın hədəfinə çevirməklə ABŞ-ın danışıqlar planını pozur: “ABŞ-la danışıqlara İran parlamentinin spikeri Məhəmməd Bagir Qalibaf rəhbərlik edir” məlumatının “Yerusəlim Post” nəşri tərəfindən yayılması da bu kontekstdə diqqətçəkəndir.
İran rəhbərliyində növbəti “qurban” Qalibaf ola bilər. Trampın “5 günlük müddətdə” isə müharibənin gedişi müəyyənləşəcək.
01:04 / 10 İyun 2026
78
00:24 / 10 İyun 2026
103
00:01 / 10 İyun 2026
100
23:52 / 09 İyun 2026
122
23:36 / 09 İyun 2026
212
23:26 / 09 İyun 2026
109
23:23 / 09 İyun 2026
101
23:15 / 09 İyun 2026
103
23:09 / 09 İyun 2026
94
23:03 / 09 İyun 2026
141
22:59 / 09 İyun 2026
217
22:52 / 09 İyun 2026
360
22:41 / 09 İyun 2026
98
22:06 / 09 İyun 2026
98
21:47 / 09 İyun 2026
109
21:29 / 09 İyun 2026
145
21:23 / 09 İyun 2026
106
21:11 / 09 İyun 2026
141
21:01 / 09 İyun 2026
105
21:00 / 09 İyun 2026
108
20:40 / 09 İyun 2026
132
20:27 / 09 İyun 2026
127
20:10 / 09 İyun 2026
1073
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.