ABŞ İrana zərbə endirdi
13 Noyabr 2026, 01:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
628
22.03.2026, 19:07
İsrailin baş naziri Benjamin Netanyahu ABŞ prezidenti Donald Trampın İrana qarşı səsləndirdiyi sərt ultimatumdan sonra açıqlama verərək Tehrana qarşı mövqeyini bir daha sərtləşdirib.
Oxu24.com-un məlumatına görə, Netanyahu çıxışında İranın hərbi və raket imkanlarının artdığını vurğulayıb və bu təhlükənin yalnız İsrail üçün deyil, bütün region və Qərb dünyası üçün risk yaratdığını bildirib. O, İranın addımlarına qarşı daha qəti tədbirlərin görülməsinin vacibliyini qeyd edib.
Bu açıqlama Trampın İrana Hörmüz boğazını açmaq üçün 48 saat vaxt verməsi və əks halda enerji infrastrukturunu məhv etməklə hədələməsindən sonra səsləndirilib.
Netanyahu həmçinin bildirib ki, İsrail İranın hərbi obyektlərinə qarşı əməliyyatlarını davam etdirəcək və ölkənin təhlükəsizliyi üçün bütün zəruri addımlar atılacaq.
Hazırda ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyatlar fonunda regionda gərginlik daha da artıb. Qarşılıqlı hücumlar, xüsusilə enerji və hərbi obyektlərin hədəfə alınması, qlobal təhlükəsizlik və enerji bazarları üçün ciddi risklər yaradır.
01:52 / 13 Noyabr 2026
133
01:49 / 13 Noyabr 2026
71
00:49 / 13 Noyabr 2026
87
00:18 / 13 Noyabr 2026
86
00:17 / 13 Noyabr 2026
105
23:53 / 12 Noyabr 2026
546
23:51 / 12 Noyabr 2026
92
23:40 / 12 Noyabr 2026
140
23:34 / 12 Noyabr 2026
95
23:24 / 12 Noyabr 2026
583
23:20 / 12 Noyabr 2026
95
23:19 / 12 Noyabr 2026
103
23:18 / 12 Noyabr 2026
103
23:12 / 12 Noyabr 2026
100
23:03 / 12 Noyabr 2026
105
23:02 / 12 Noyabr 2026
204
22:59 / 12 Noyabr 2026
99
22:55 / 12 Noyabr 2026
113
22:49 / 12 Noyabr 2026
138
22:40 / 12 Noyabr 2026
110
22:24 / 12 Noyabr 2026
177
22:21 / 12 Noyabr 2026
113
22:13 / 12 Noyabr 2026
125
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.