ABŞ İrana zərbə endirdi
13 Noyabr 2026, 01:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
963
20.03.2026, 23:51
İran Silahlı Qüvvələri ABŞ və İsrailə qarşı ən sərt və əhatəli təhdidlərindən birini səsləndirib.
Oxu24.com xəbər verir ki, İran dövlət televiziyasında çıxış edən Silahlı Qüvvələrin sözçüsü, briqada generalı Əbülfəzl Şəkarçi dünyanın müxtəlif bölgələrində, xüsusilə istirahət zonaları və turizm mərkəzlərində ABŞ və İsrail hərbi personalının hədəf alınacağını açıqlayıb.
Onun sözlərinə görə, İran tərəfi düşmən qüvvələrinin komandirləri, pilotları və zabitləri barədə geniş kəşfiyyat məlumatlarına malikdir və onları addım-addım izləyir.
“Sizin üçün heç bir yer təhlükəsiz olmayacaq. Kurortlar, əyləncə mərkəzləri və digər ictimai yerlər belə bundan sonra sizin üçün riskli olacaq”, – deyə Şəkarçi bildirib.
O, həmçinin qeyd edib ki, İranın yüksək rütbəli komandirlərinə qarşı həyata keçirilən sui-qəsdlər “düşmənin çarəsizliyinin göstəricisidir” və buna veriləcək cavabın artıq heç bir məhdudiyyəti olmayacaq.
Məlumata görə, bu açıqlama ABŞ-da milyonlarla insanın səyahət etdiyi yaz tətili mövsümünə təsadüf edir. Bu isə potensial olaraq mülki ərazilərin də risk zonasına çevrilə biləcəyi ilə bağlı narahatlıqları artırır.
Qeyd edək ki, rəsmi Tehran son dövrlər ABŞ və İsrailə qarşı ritorikasını daha da sərtləşdirib.Nocomment.az
01:52 / 13 Noyabr 2026
160
01:49 / 13 Noyabr 2026
134
00:49 / 13 Noyabr 2026
90
00:18 / 13 Noyabr 2026
89
00:17 / 13 Noyabr 2026
110
23:53 / 12 Noyabr 2026
568
23:51 / 12 Noyabr 2026
95
23:40 / 12 Noyabr 2026
142
23:34 / 12 Noyabr 2026
98
23:24 / 12 Noyabr 2026
610
23:20 / 12 Noyabr 2026
98
23:19 / 12 Noyabr 2026
107
23:18 / 12 Noyabr 2026
107
23:12 / 12 Noyabr 2026
103
23:03 / 12 Noyabr 2026
108
23:02 / 12 Noyabr 2026
208
22:59 / 12 Noyabr 2026
102
22:55 / 12 Noyabr 2026
117
22:49 / 12 Noyabr 2026
143
22:40 / 12 Noyabr 2026
113
22:24 / 12 Noyabr 2026
181
22:21 / 12 Noyabr 2026
115
22:13 / 12 Noyabr 2026
128
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.